Lukaşenkonun cangüdəni öldü - Zəhərləyiblər?
Yanvarda Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri zamanı zəhərləndiyi ehtimal edilən Belarus prezidenti Aleksandr Lukaşenkonun təhlükəsizlik əməkdaşı ölüb. Globall.az publika.az-a istinadən xəbər verir ki, bu məlumatı Belarus liderinin ətrafındakı iki mənbə təsdiqləyib. "Kremlevskaya tabakerka" teleqram kanallarının məlumatına görə, Lukaşenkonun Sankt-Peterburqa səfəri zamanı onun mühafizəçilərindən biri xəstələnib və təcili olaraq Minskə göndərilib. Belarus paytaxtında mühafizəçiyə ağır metaldan - talliumdan zəhərlənmə diaqnozu qoyulduğu iddia edilir. "Belarus bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lukaşenkonun özünün reaksiyası hələ ki, məlum deyil", - telekanal vurğulayır.
Oxunub: 21
Xəbəri paylaş
Paylaş: