Türk ölkəsi Rusiyadakı vətəndaşlarına xəbərdarlıq etdi
Qazaxıstan vətəndaşları Rusiyada olduqları müddətdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tələb olunan bütün lazımi sənədləri özləri ilə götürməlidirlər. Globall.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiarova bildirib. "Yaxşı olar ki, vətəndaşlarımızın bu və ya digər ölkədə olma məqsədini təsdiq edən sənədlər yanlarında olsun", - Smadiarova bildirib. Onun sözlərinə görə, ərazisində irimiqyaslı terror aktı baş verən istənilən dövlət öz təhlükəsizliyini təmin etmək üçün avtomatik tədbirlər görür. "Kiminsə saxlanılıb yoxlanılması xəbəri normadır", - XİN nümayəndəsi bildirib.
Oxunub: 24
Xəbəri paylaş
Paylaş: