“Ukrayna NATO-ya üzv olacaq”
ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ukrayna NATO-ya üzv olacaq, məsələ bu məqsədə doğru aydın yol xəritəsi hazırlamaqdır. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu haqda Fransanın xarici işlər naziri Stefan Sejournet ilə birgə mətbuat konfransında çıxışı zamanı danışıb. Blinken Ukraynanın alyansa daxil olacağına əminliyini bildirib: "Bizim üçün məsələ bu qətnaməyə çatmaq üçün yaxşı və aydın bir yol xəritəsi hazırlamaqdır".
Oxunub: 22
Xəbəri paylaş
Paylaş: