Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Şah Abbas məscidində oğurluq: “Qurani Kərim” kitabı da aparılıb
  • Şahın atasının türbəsi məhv olur
  • Təqaüd qazanan məhbus prezidentə müraciət etdi
  • 13-cü əcdad tapmacası: Ayətullah Xomeyninin Səfəvilərlə qan qohumluğu varmı?
  • Xətainin heykəlinin köçürülmə səbəbi açıqlandı
  • Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?

    • Tarix: 4-04-2024, 15:14

    Milli.Az axar.az-a istinadən Zaur Əliyevin yazısını təqdim edir:

    Bu gün Azərbaycan tarixşünaslığında bəzi alimlərin iddiaları var ki, guya 1509-cu ildə Şah İsmayıl Xətai Bakı qalasını alan zaman babası Şeyx Cüneyd və atası Şeyx Heydərin intiqamını almaq məqsədilə Şirvanşah I İbrahim və onun yaxınlarının məzarını dağıdıb, qəbirləri açıb və onların sümüklərini yandırıb. Bu fikir sovet tarixşünaslığında ilk dəfə səslənib, onlar da orta əsrlərə aid Həsən Rumlunun fikrini əsas götürüb belə yazıblar, sonradan bu faktı dəqiq araşdırmayan bəzi tarixçilər təkrarlayıblar. A.Rəhimov, sovet tarixçisi Dorn və təəssüf ki, Sara Aşurbəyli bu fikiri müdafiə ediblər.

    Lakin arxeologiya elmi həmin ittihamlardan birinin puç olduğunu artıq sübuta yetirmişdir.

    Birincisi, Şah dinə inan şəxs olmaqla yanaşı, digər dinlərə hörmətlə yanaşırdı. Şah da bilirdi ki, Şirvan da bir dini mozaikaya malik dövlətdir. Tanrıçılıqdan tutmuş islama qədər dini münasibətlər orada əksini tapıb. Təbii ki, bütün bunlar Şirvanşahlarda da mədəniyyətə yüksək münasibət yaratmışdır. Şirvan övliyalar, böyük şairlər, yazıçılar yurdudur. Minlərlə övliyalar yatır bu yurdda. Bunu bilən Şah Şirvan dövlətinin başçısına və varislərinə qarşı belə addım atardımı?

    İkincisi də Şahın ulu babası Şeyx Səfinin qardaşı Şeyx Mikayıl ibn Seyid Cəbrayıl ibn Seyid Salah da Şirvanda yaşayıb, Şirvanşahların inandığı şəxs olub. Qeyd edim ki, vaxtilə Şamaxıda "Piri-Şirvan" adıyla şöhrət tapmış bir məzar olmuşdur. Burada dəfn olunmuş övliyanın adı Şeyx Mikayıl ibn Seyid Cəbrayıl ibn Seyid Salahdır. Ərdəbildə məzarı məşhur olan Şeyx Səfi həmin bu Şeyx Mikayılın böyük qardaşıdır. Şeyx Səfi qardaşını Şirvanşahların dövləti zamanı Şirvana irşad etməyə (dini təbliğ etməyə) göndərmişdir. Necə ki, öz övladlarından olan Şeyx Cüneydi Quba vilayətinə irşad etməyə göndərib. Şeyx Mikayıl Şirvan vilayətində çox-çox irşad edib və "Piri-pirani Şirvan"- "Şirvan pirlərinin piri"adını alıb.

    Üçüncü də Şirvanşahlara məxsus bütün sərvət Sultan Səlim tərəfindən talan edilib. Bu gün də onların bir hissəsi Türkiyənin, İranın, İngiltərənin, Fransanın, Rusiyanın, Macarıstanın muzeylərinin kolleksiyalarını bəzəyir. Məsələn, İstanbul muzeyində I Xəlilullahın 1428-ci ildə hazırlanmış zirehi, onun oğlu varis Fərrux Yasarın iki dəbilqəsi saxlanılır. Sarayın bəzi xalıları Londonun Viktor və Albert muzeyində, saray kitabxanasının qədim foliantları isə Tehranın, Vatikanın və Peterburqun böyük kitabxanalarındadır.

    Şah İsmayıl Şirvanı işğal etsə də, Şirvanşahların hakimiyyətini qəbul etmiş, onları hakimlikdə saxlamışdı. Sah Təhmasib belə Şirvanın mövcud hakimiyyəti ilə illərlə əməkdaşlıq etmişdir.

    Əslində necə olub?

    Şah İsmayılın başçılığı ilə qızılbaşlar Bakını ələ keçirməyin mühüm əhəmiyyətini bilirdilər. Bakı o vaxtlar alınmaz qala sayılırdı. Şəhər üçqat divarla, bir tərəfdən dənizlə, quruda isə dərin və geniş xəndəklə əhatə olunmuşdu. Şəhərə yaxınlaşan qızılbaş döyüşçüləri onun Makedoniyalı İsgəndər səddini xatırladan qala divarına heyran qalırdılar. İsmayıla bu qalanı tutmaq çox vacib idi. Çünki Bakı o vaxtlar Şirvanın və Xəzərin ən yaxşı liman şəhəri idi. Qədimdən Şirvanşah xanədanına sədaqətli olan mühasirəyə alınmış bakılılar istehkamlarının alınmazlığına, böyük silah və ərzaq ehtiyatlarına güvənərək ehtiyatla vuruşurdular. Qeyd edim ki, o zaman Bakıya Fərrux Yasarın oğlu Qazi bəy başçılıq edirdi. O isə bu zaman Şirvanın dağ qalalarında müqavimət göstərirdi. Qazi bəy olmadığı müddətdə şəhərin müdafiəsinə onun adı mənbələrdə çəkilməyən həyat yoldaşı başçılıq edib. O, İsmayılın təslim olmaq təklifi ilə dilə tutmaq üçün yanına gəlmiş elçisinin edam olunmasını əmr edir. İsmayılın göndərdiyi və hədə-qorxu gələrək, şəhərin təhvil verilməsini tələb edən Bakı darğası Əbülfəttah bəyin də başına eyni aqibət gəlir. Bakılıların inadlı müqaviməti İsmayılı sərkərdə Xülafə bəyin başçılığı altında yeni qüvvələr göndərməyə məcbur edir. Mühasirənin sonuna yaxın o özü də buraya gəlir. Mühasirədəkilərin təslim olmaq istəmədiklərini görən İsmayıl lağım atıb qala bürclərindən birini partlatmağı əmr edir. Şəhərin müdafiəçiləri divardakı yarığı çadır keçəsi ilə tutaraq, daha üç gün duruş gətirirlər. Lakin sonra qızılbaş qoşunları şiddətli həmlə ilə qalanı ələ keçirir. Ancaq şəhər ağsaqqalarının xahişi ilə qızılbaşlar Bakı əhlini qırmırlar.

    Şah İsmayıl şəhərə ziyan vermədən Gülüstana tərəf yürüş edir. O zamankı prosesi və döyüş, ondan sonrakı hadisələri bəzi tarixçilər guya "Şah qəbirləri dağıdıb" deyə yazırlar.

    1946-cı ildə Şirvanşahlar sarayında arxeoloji qazıntı aparan alimlər beş məzar tapırlar. 1, 2, 4, 5 saylı məzarlarda Şirvanşah I İbrahim Xəlilullahın oğlu, xanımı və qohumlarının sümükləri olduğu N.B.Minkeviç adlı arxeoloq tərəfindən müəyyən edilir. Həmin arexeolji qazıntın hesabatını təqdim edirəm:

    "Türbədə əhəng məhlulu üzərində yonma daşdan tikilmiş beş türbənin üzərini örtən daş lövhələr aşkar edilmişdir. Onların hamısı müsəlman qanunlarına görə gözlənildiyi kimi qərbdən (başda) şərqə (ayaqlarda) yerləşirdi ki, mərhum sağ böyrü üstə qoyulanda üzü cənuba, Məkkəyə tərəf çevrlisin. Eyni zamanda, ölülər əvvəlcə taxta tabutlara qoyulub, onlar dibi torpaq olan daş kriptlərə endirilib (yalnız 1 nömrəli qəbirdə dibi daşla örtülmüşdü). Bundan əlavə, bu beş qəbir yeraltı daş hörgü ilə - dördbucaq şəklində "hasar" ilə əhatə olunmuş dörd sıra təşkil etmişdir.

    Ən kənarda (cənubda) iki uşaq qəbri müəyyən edilmişdir. Sıranın yuxarı, qərb hissəsində qalanlar arasında ən kiçiyi olan 5 nömrəli qəbir var idi. O, digər qəbirlərdən sümüklərinin nizamsız vəziyyətdə olması ilə də fərqlənirdi, burada dəfn edilən uşağın heç bir yaşı da olmamışdır. Sıranın aşağı (şərq) hissəsində dəfn edilmiş şəxsin ölçüsünə və qalıqlarına görə 6-7 yaşlı uşağa aid olan 1 saylı qəbir var idi. Məbədin dibi daşla üzlənmiş, tabutun dibi isə ağır materialla - həndəsi naxışlı tirmə və üzərində fars dilində beytlər toxunmuş medalyonlarla örtülmüşdür.

    Növbəti sıra 2 nömrəli qəbirlə təmsil olunur. Qəbrin və tabutun ölçüsünə, sümüklərin xüsusiyyətlərinə görə hündür və kifayət qədər dolğun yaşlı bir qadın dəfn edilib. 3 nömrəli qəbirdən üçüncü cərgənin mərhumu qonşusundan hündürdür, çünki onun qəbrinin uzunluğu 2,7 m-dir. Lakin bu məbədin eni az qala iki dəfə çoxdur. Məzardan torpağın atılması zamanı dağılmış kəllə sümüyünün və qalan uzun nazik sümüklərin hərtərəfli müayinəsi skeleti kişiyə deyil, qadına aid etməyə imkan verdi.

    Nəhayət, ən şimal cərgəsini 4 saylı qəbir tutur. Skelet əsasında burada 18-19 yaşlı gəncin dəfn edildiyini müəyyən etmək mümkün olub. Eyni zamanda, o, müxtəlif parçalardan - yun, ipək və başqalarından tikilmiş, mavi muncuqlarla işlənmiş paltarlar geyinmişdi. Bundan əlavə, boyun fəqərələri nahiyəsində qumda qızıl sancaq tapılıb. Sancaq, arxa tərəfdən lehimlənmiş, çubuq üzərində altıbucaqlı bir ulduz idi. Çubuğun uzunluğu 3,8 sm, ulduzun diametri 1,5 sm-dir. İçərisində firuzəyi və kobud qırmızı daş, ehtimal ki, yaqut var idi".

    Tapılan məzarlarda:

    • Əmir Bəhram

    • Məhəmməd İbrahim

    • Şirvanşah Fərrux Yamin

    • Şirvanşah Fərrux Yasar

    • I Xəlilullahın oğullarından beşinci və sonuncusu Şeyx Saleh

    • 7 saylı məzarda gənc qız

    • 6 saylı məzarda isə yaşlı kişi, I Xəlilullah dəfn edilib.

    Memar Rüfət Əcəlovun "Bakı" kitabında verdiyi məlumata əsasən, daş lövhələrin altında toxunulmamış 14 qəbir tapılmışdır. Onlardan biri Xəlilullahın özünə aid edilmişdir (Аджалов Р. Баку. Краткий очерк истории города по памятникам зодчества. Баку-2015).

    Alimlər yazırlar ki, Şah İsmayıl barədə deyilənlər yalan imiş və o, heç bir müsəlman qəbrini açıb sümükləri yandırmayıb. Lakin Minkeviç-Mustafayevanın bu tapıntısı sovetlərin ciddi təzyiqi ilə üzləşir, Azərbaycanda sünni-şiə fərqinin qalması üçün sovet ideoloqları hesab edirlər ki, bu məlumat gizli qalsa yaxşıdır, ona görə də sovet tarixçilərinə məhz Şahın etmədiyi hərəkəti etdiyini yazmaq tapşırığı verilir. Bizim hələ də sovet təsirindən çıxmayan alimlər də olmayan şeyi Şahın adına yazmaqda davam edirlər.

    Bir sözlə, məlum olmuşdur ki, qızılbaşlar Şirvanşah Mirzə Xəlilullahın nə məzarına, nə də qalıqlarına toxunmuşlar. Onları heç kim dağıtmamış və yandırmamışdır.

    Şah İsmayıl Türkü-Tacidardır. Babamızdır. Türk oğlu türkdür, qurduğu dövlət də Türk-Səfəvi-Qızılbaş dövlətidir.


    Oxunub: 56
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.