Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Ermənistanda yeni iqtisadi sıçrayış: Nikol yaxşı “oynayır”
  • Zelenski: "Makron Rusiyadan qorxur, vəssalam"
  • "Rusiya həmişə erməni xalqına kömək etməyə hazırdır"- Lavrov
  • Ciddi təhlükə budur: Paşinyan nələr edir?
  • Rusiyaya qarşı sanksiyalar erməniləri ac qoya bilər
  • Erməni dramı: Moskva göz yaşlarına inanacaqmı?

    • Tarix: 4-04-2024, 15:25

    Resurssuz Ermənistanın özünəməxsus Holland sindromu

    Hazırda Ermənistan iqtisadiyyatı xroniki olaraq Rusiyaya yenidən ixrac (re-export) və Rusiyadan ölkəyə xarici pul köçürmələrindən asılı vəziyyətə düşmüşdür.
    2022-ci ildən başlayaraq Ermənistanda makroiqtisadi göstəricilər iqtisadiyyatda müsbət tendensiyalardan xəbər versə də, bu dəyişikliyin arxasında ÜDM-in əsas komponentləri olan investisiya, dövlət xərcləmələri və istehsalın artmadığı bir şəraitdə nəyin durması maraq doğurur. Bu şübhəli iqtisadi inkişafın daha çox Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsiri, Rusiyanın sanksiyalardan qaçması üçün "xeyirxah xidmət"lər, miqrantların gətirdikləri vəsait və Rusiyadan transfertlər ilə bağlıdır. Bəs onlar olmadan Ermənistan iqtisadiyyatında nə baş verəcək bu sual əsas diqqət mərkəzində olmalıdır. Belə ki, qeydə alınmış iqtisadi artım üçün real əsasın olmaması və onun arxasında xarici amillərin dayanması inkişafın dayanıqlığını şübhə altına alır.

    Müasir iqtisad elmində Holland sindromu - iqtisadiyyatda xüsusi bir sektorda baş verən artım (məsələ, təbii sərvətlər) ilə digər sektorlarda baş verən azalma (məsələn, istehsalat və ya kənd təsərrüfatı) arasındakı əlaqəni göstərmək üçün istifadə edilən termindir. Amma son dövrlər Ermənistan iqtisadiyyatında baş verən dəyişikliklər bu "xəstəliyə" düçar olmaqçün bəzən heç də resursa ehtiyac olmadığını da göstərir. Belə ki, xarici ölkə iqtisadiyyatından asılılıq sayəsində şişmiş iqtisadi artım bu xəstəliyinin yeni "ştampı" ola bilər.

    Son illərdə Ermənistanda iqtisadiyyatın əsas sektorları sayılan sənaye, kənd təsərrüfatı, maliyyə və sığorta sektorunda tənəzzül meylləri mövcuddur, lakin hələlik digər sektorların şişmiş göstəriciləri boşluğu doldurmaq imkanı verir. Hansı ki, bu gedişat özü elə Holland sindromunun "Resurs cərəyanı effekti"ni göstərir. Yəni resurslar bir neçə sektor etrafında cəmlənir və digər sektorlardan isə uzaqlaşır. Əsas problem isə artan sektorların yaratdığı dəyərin-malların ticarət oluna bilməyən məhsullar olmasıdır. Misal üçün ötən ildə Ermənistanda ən çox tikinti sektoru, istehlak və təkrar ixrac sektorunda artım müşahidə olunub ki, bu sektorların heç biri ticarət oluna bilinən məhsul istehsal etmir.

    Ermənistan dövləti rəsmi qaçaqmalçılıqla məşğuldur

    2023-cü ildə də Ermənistanda iqtisadi artımın başlıca səbəblərindən biri Rusiya ilə ticarət dövriyyəsinin artmasıdır. Ermənistanın ən iri ticarət partnyoru elə Rusiyadır. Belə ki, ölkə ixracının 40%-i, idxalının 34%-i Rusiyanın payına düşür. İstehlak olunan enerjinin 78%-i Rusiyadan idxal olunur. Ermənistan hökumətinin məlumatlarına görə, 2023-cü ilin yanvar-noyabr aylarında Ermənistanın xarici ticarətinin üçdə birindən çoxu Rusiyanın payına düşüb, ikitərəfli ticarət mübadiləsi 40 faizdən çox artaraq 6,3 milyard dollara çatıb. Belə ki, ölkədə xarici ticarətin diversifikasiyası çox aşağı səviyyədə olmaqla, yalnız bir ölkədən asılı vəziyyətdədir.

    Rusiyaya qarşı sanksiyalar qərb ölkələrinin məhsullarının məhz Ermənistan vasitəsilə Rusiyaya təkrar ixrac olunmasına imkan yaradıb. Ermənistan işlənmiş avtomobillərin, məişət elektronikasının və Qərb istehsalı olan digər malların təkrar ixracatçısı olması iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olaraq qalır. Ermənistanın Rusiyaya ümumi ixracına daxil olan təkrar ixrac məhsullarının ümumi həcmi 2023-cü ildə ötən illə müqayisədə 50 % artımla, təxminən 3,2 milyard dollar təşkil edib.

    2022-ci ildən başlayaraq Ermənistanın ixrac strukturunda ciddi dəyişikliklər baş vermişdir. Belə ki, ölkədə istehsalı olmayan və ya ixraca proporsional həcmdə istehsalı olmayan məhsulların (məsələn, zərgərlik və almaz sənayesi malları və s.) ixracında böyük artım qeydə alınır. Ermənistanda ixracın müvafiq həcminə uyğun istehsal və işçi qüvvəsi mövcud olmadığından, burada təkrar ixrac faktorunun önəmini nəzərə almaq lazım gəlir. Ölkənin ümumi statistik göstəricilərində təkrar ixrac sadə ixrac kimi verilir.

    2020-ci il ilə müqayisədə 2023-ci ildə Ermənistanla Rusiya arasında ticatərin həcmi 6 dəfə artmışdır. Sanksiya səbəbindən bəzi Avropa ölkələrinin və ABŞ-ın Rusiyaya birbaşa ixracı əhəmiyyətli dərəcədə azalsa da, həmin ölkələrdən Rusiyanın müttəfiqi olan ölkələrə, əsasən Ermənistana olan ixracın həcmi kəskin artmışdır. Məsələn, 2022-ci ildə Almaniyanın Rusiyaya olan ixracı 2017-2021-ci illərdə olmuş orta göstərici ilə müqayisədə 1.9 dəfə aşağı düşmüş, lakin belə ixrac Ermənistana 2.4 dəfə artmışdır. Eləcə də 2022-ci ildə Böyük Britaniyanın Rusiyaya olan ixracı 2017-2021-ci illərdə olmuş orta göstərici ilə müqayisədə 2.7 dəfə (Belarusa isə 11 dəfə) aşağı düşmüş, lakin belə ixrac Ermənistana 2.6 dəfə artmışdır. 2022-ci ildə ABŞ-ın Rusiyaya olan ixracı 2017-2021-ci illərdə olmuş orta göstərici ilə müqayisədə 3.6 dəfə (Belarusa isə 3.4 dəfə) aşağı düşmüş, lakin belə ixrac Ermənistana 4.3 dəfə artmışdır

    Ukrayna müharibəsində tökülən qanların "görünməyən qəhrəmanı" Ermənistan

    Bloomberg-in məlumatına əsasən, 2022-ci ildən formalaşmış geosiyasi vəziyyətdə Ermənistan ABŞ və Avropa sanksiyalarından yan keçməklə, yarımkeçiricilərin və digər ikili təyinatlı malların Rusiyaya təkrar ixracı mərkəzlərindən birinə çevrilmişdir. 2023-cü ildə məlum olmuşdur ki, Ermənistan Rusiyanın müdafiə sənayesi üçün yarımkeçirici məhsulların 4-cü ən böyük ixracatçısına çevrilmişdir.

    Həmçinin Nyu-York Tayms qəzetində qeyd olunmuş rəsmi məlumata əsasən, 2022-ci ildə Ermənistan çip və prosessorlar idxalını ABŞ-dan 515% və Avropa İttifaqından isə 212% artırmış və daha sonra bu malların 97%-i Rusiyaya ixrac olunmuş və orada hərbi məqsədlər üçün istifadə edilmişdir. Ermənistan həmçinin İranda istehsal olunmuş hərbu sursatların da Rusiyaya keçirilməsində dəhliz rolunu oynayır.

    Ermənistanın Rusiya ilə əlaqəsi həm də Rusiyanı Ukraynaya təcavüzünə görə cəzalandırmaq istəyən Qərb ölkələrinin artan narahatlığına səbəb olur. ABŞ və Avropa rəsmiləri Moskvaya qarşı tətbiq edilən iqtisadi sanksiyalardan yan keçmək üçün Ermənistan kimi keçmiş sovet dövləti tərəfindən Rusiyanın dəstəkləndiyini düşünürlər. "The Telegraph" qəzetinin bu yaxınlarda dərc olunmuş məqaləsində qeyd olunub ki, Avrasiya İqtisadi İttifaqına (EAEU) üzv olan ölkələr xüsusən Ermənistan Rusiyaya silah istehsalı üçün materialların və texnologiyaların keçdiyi tranzit məntəqələri kimi çıxış edirlər.

    Quyuya su tökməklə quyu dolmaz

    Rusiyadan bu və digər nağd pul daxilolmaları da Ermənistan iqtisadiyyatının 2023-cü ildə artımının əsas səbəblərindən biridir. Ermənistanın Mərkəzi Bankı sədrinin məlumatına əsasən, 2022-ci ildəki 12.6%-lik yüksək artım (əsasən turizm, maliyyə və IT üzrə) Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar rusiyalı miqrantların ölkəyə axını ilə bağlı olmuşdur. Miqrant axını həmçinin 2022-ci ildə Ermənistanda xüsusilə maliyyə, sığorta, nəqliyyat və rabitə sahəsində göstərilən xidmətlərin həcminin əvvəlki il ilə müqayisədə 27.1% artmasına səbəb olmuşdur. Rusiyalı miqrantlar ölkədə mənzil kirayəsi bazarında qiymətlərin 2 dəfədən çox artımına təkan vermişlər.
    Ümumilikdə çoxluq etibarilə Rusiyalı miqrantların ölkəyə axını 2022-ci ildən başlayaraq istehlak mallarına, daşınmaz əmlaka və digər əmtəə və xidmətlərə olan daxili tələbin, eləcə də maliyyə kapitalının böyük artımı hesabına inflyasiyanı yüksəltməklə iqtisadi artımı stimullaşdırıb. Bu isə "Holland Sindromunun" iqtisadiyyata dağıdıcı təsiri olan "xərcləmə effekti"nin təzahürüdür. Nəticədə milli valyuta əsassız olaraq dəyər qazanır və idxalı stimullaşdırır və ölkədə inflyasiyanı yüksəldir.

    Miqrasiya statistikası Rusiya faktoru ilə əlaqəli artımın sabit artım mənbəyi olmadığını göstərir. 2022-ci ilin 10 ayı ərzində Ermənistana gəlmiş 786 min Rusiyalıdan 2023-cü ilin əvvəlində 110 minə yaxını qalmışdır. Ölkəyə gələn miqrantlar qısa müddətdə orada uzunmüddətli yaşayışın mümkün olmadığını yəqin başa düşmüşlər...

    Hazırda xarici ölkələrdən Ermənistana edilən pul köçürmələri (transfertlər) əhalinin əsas maliyyə mənbələrindən birini təşkil etməklə, bu mənbədən asılılıq yaratmışdır. 2019-2023-cü illər üzrə xaricdən Ermənistana olan pul köçürmələrinin ÜDM-də payı 10-12% təşkil edib. Bu istiqamətdə edilən transfertlərdə Rusiyanın payı yüksəkdir. Belə ki, əvvəlki il (0.866 mlrd. USD) ilə müqayisədə 2022-ci ildə Rusiyadan olan pul köçürmələrinin həcmi 4.2 dəfə artaraq 3.6 mlrd. USD təşkil edib. 2022-ci ildə xarici ölkələrdən Ermənistana edilən ümumi transfertlərin təxmini 70 %-i Rusiyanın payına düşüb.

    Qonşuya ümid olan şamsız qalar

    Ermənistan enerji istehlakı da Rusiyadan asılıdır, belə ki, yerli resurslara malik olmayan Ermənistan enerji ehtiyaclarının böyük hissəsini (2020-ci ildə ümumi enerji təchizatının 78,6%-i) əsasən Rusiyadan təbii qaz və neft olaraq idxal edir.

    Ermənistanın əsas qaz tədarükçüsü (2021-ci ildə 87,7%) Rusiyadır. Rusiya şirkəti olan "Qazprom Ermənistan" Ermənistan istehlakçılarına təbii qaz tədarükü edən yeganə şirkətdir. 2019-cu ildən bəri "Qazprom" Ermənistan üçün Rusiya qazının qiymətini 1000 kubmetr üçün 165 ABŞ dolları müəyyənləşdirib. Hansı ki, bu qiymət Rusiyanın Avropa və Türkiyəyə satdığı qiymətdən 3 dəfə, Çinə satdığı qiymətdən isə 2 dəfə aşağıdır. Bəs bu aşağı qiymətin arxasında Ermənistanın Rusiyaya hansı xidmətləri durur, bu əsas suallardan biri olaraq qalır....

    Özgə atına minən tez düşər

    Sonda qeyd edək ki, "Fitch" reytinq agentliyinə görə Ermənistan iqtisadiyyatı yaxın gələcəkdə də Rusiyadan ciddi asılı olaraq qalacaq, bu isə müstəqil dövlətin iqtisadi inkişafı üçün ciddi təhlükədir.

    Xarici ticarəti, əsas pul köçürmələri və hətta istehlakı belə Rusiyadan asılı olan Ermənistana Moskva hər hansı bir sanksiya qoysa Ermənistan iqtisadiyyatının sonunun nə olacağı düşünmək belə çətindir. Bugün Ermənistan özünün istehsal etmədiyi və yaxın gələcəkdə istehsal edə bilməyəcəyi ixrac məhsullarını Rusiya bazarından başqa heç bir ölkəyə sata bilməz. Çünki əslində həmin məhsulları istehsal edən ölkələr özləri digər bazarlara Ermənistanın vasitəçiliyi olmadan çox rahat sata bilirlər. Bəs Ermənistan növbəti illərdə öz iqtisadi artımını kimin qanı bahasına təmin edəcək...

    Əlişir Məmməd


    Oxunub: 64
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.