Prezident Mingəçevirdəki yeni hərbi obyektdə - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.
Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev hərbi hissənin komanda heyəti ilə görüşdü.
Dövlət başçısı görüşdə çıxış etdi.
Saat 11:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərinə səfərə gəlib.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
“Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Xatırladaq ki, prezident xanımı ilə birlikdə ötən gün Gəncə və Samuxda da olub.