Paşinyan Brüsselə getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə səfər edib. Globall.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb. Məlumata görə, Paşinyan ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə iştirak etmək üçün Brüsselə işgüzar səfərə gedib. Səfər çərçivəsində aprelin 5-də Paşinyanın Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə üçtərəfli görüşü planlaşdırılır. Eyni zamanda, səfər zamanı Ermənistan Baş nazirinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer ilə görüşü nəzərdə tutulub.
Oxunub: 41
Xəbəri paylaş
Paylaş: