“Intel”in böyük maliyyə itkiləri üzə çıxdı
"Intel" ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) maliyyə hesabatını təqdim edib. Globall.az oxu.az-a istinadən bildirir ki, 2023-cü ildə şirkətin prosessorların istehsalına cavabdeh olan bölməsinin əməliyyat itkiləri yeddi milyard dollara çatıb. Müqayisə üçün bir il əvvəl bu rəqəm 5,2 milyard dollar olub. Eyni zamanda, bölmənin 2023-cü ildə gəliri 18,9 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 31% azdır. Bu xəbərin fonunda "Intel"in səhmləri 4,3% ucuzlaşıb.
Oxunub: 43
Xəbəri paylaş
Paylaş: