Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Şəmkir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir
  • Prokurorluq icra hakimiyyətində əməliyyat keçirib, saxlanılanlar var
  • Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi saxlanıldı
  • Gəncənin icra başçısı yeni rəis təyin etdi
  • Prezident Alimpaşa Məmmədovu işdən çıxartdı
  • Gəncədə kimlərin həbs olunma ehtimalı daha çoxdur?

    • Tarix: 5-04-2024, 18:05

    Martın 4-də elektron mediada Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə xəbərlər yayılmışdı. İlkin məlumatlarda əməliyyat zamanı Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomiyev və digər müavinlərin də saxlanıldığı qeyd olunurdu. Lakin sonradan bu məlumatlar İcra Hakimiyyəti tərəfindən təkzib olundu. Daha sonra isə Baş prokurluq İcra Hakimiyyətində əməliyyatın keçirilməsini təsdiqlədi və əlavə məlumatların veriləcəyini açıqladı. Lakin üstündən artıq neçə gün keçməsinə baxmayaraq sözügedən əməliyyatın hansı səbəbdən keçirilməsi ilə bağlı Baş prokurluqdan hələ heç bir məlumat açıqlanmayıb.

    Buna baxmayaraq missiya.az Gəncə şəhər İcra Hakimiyyətindəki mənbələrinə əsaslanıb olduqca ilginc məlumatlar yaydı. Məlumatda əməliyyat nəticəsində şəhərin baş memarı Elxan Məmmədovun saxlanıldığı iddia olunur və qeyd edilir ki, keçirilmiş əməliyyat adi şikayət əsasında deyil, ciddi faktlar əsasında aparılıb və bu məsələnin arxasında çox dərin mətləblər dayanır. Məlumata görə, hətta 1-ci müavinin saxlanılması barədə xəbərin  dövriyyəyə buraxılması və sonradan təkzib olunmasının arxasında belə məkrli oyun dayanıb. Bu oyunu kim qurub və hansı məqsədlə? https://missiya.az/64834-gencede-hebsler-davam-edecek.html

    Aktualinfo.org Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı yayılan xəbərlərdən sonra yaydığı məqalədə Baş Prokurorluğun verəcəyi açıqlamadan asılı olmayaraq Niyazi Bayramovun öz əməllərinə kimisə qurban edəcəyini göstərmişdi. Bəzi əlavələrə ehtiyac olduğundan mövzuya bir daha qayıtmalı olduq. Təbii ki, burada ibtidai istintaqa maneəçilik, yaxud da gedişata mənfi təsir göstərə biləcək hər hansı bir hala yol verməmək şərti ilə.

    Qeyd etdiyimiz kimi missiya.az-ın Gəncə şəhər İcra Hakimiyyətindəki mənbələrdən aldığı məlumatlarda şəhərin baş memarı Elxan Məmmədovun saxlanıldığı iddia olunur. Bəs baş memarın Gəncə şəhər İcra Hakimiyyətinin bulaşdığı korrupsiya işlərində nə kimi iştirakı ola bilər? Məlum olduğu kimi İcra Hakimiyyətinin baş memarı daha çox şəhər ərazisində yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçir, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınmasını təmin edir. Yəni, baş memarın hər hansı bir obyektin, evin tikintisinə icazə verməkdən başqa o qədər də güclü səlahiyyəti yoxdur və bu işləri də İcra başçısının göstərişləri ilə həyata keçirir. Buradan da o, ancaq rüşvət ala, müəyyən pay götürə bilər. O, da Niyazi Bayramovdan xəbərsiz ola bilməz. Yəni Elxan Məmmədov yalnız rüşvətlə var-dövlət yığırsa, Niyazi Bayramov rüşvətlə bərabər, büdcədən ayrılan pullardan da paya sahibdir.

    Elektron medianın yaydığı bəzi məlumatlardan başqa bu gün Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Gəncə şəhər İcra Hakimiyyətində qəfil keçirdiyi əməliyyatın təfərrüatı heç kimə məlum deyil. Çox böyük ehtimalla sözügedən qurumun keçirdiyi əməliyyat Gəncə şəhər İcra Hakimiyyətində yol verilən dövlət vəsaitlərinin mənimsənilməsi, korrupsiya halları ilə bağlıdır.

    Məlum olduğu kimi Gəncə şəhərində təmir-bərpa, abadlıq-quruculuq işlərinin, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Bu vəsaitlərin böyük əksəriyyəti Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi seçdikləri şirkətlər vasitəsi ilə mənimsənilib.

    Son vaxtlar sosial şəbəkələrdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasının olması barədə yayılan məlumatlar bu yöndə şübhələri bir az da artırmış oldu. Bu da ictimaiyyət arasında bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair haqlı suallar doğurur. https://anaxeber.info/54346-gencenin-icra-bascisi-ogluna-6-bahali-masin-alib-arasdirma-video.html

    Aşağıda Niyazi Bayramovun Gəncə İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra şəhərin təmir-bərpa, abadlıq-quruculuq işlərinə ayrılmış dövlət vəsaitlərinin kiçik bir qısmini diqqətinizə çatdırırıq. Onda Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasına pulu haradan aldığını təxmin etmək olar. Bununla da Gəncədə kimlərin həbs olunma ehtimalının daha çox olduğunu müəyyən etmək olar.

    Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2020-2023-cü illərdə “ƏRDAGI”  MMC ilə küçə və prospektlərdə abadlıq işlərinin abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 12 220 277 manat olan 5 satınalma müqaviləsi bağlayıb.

    Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC MMC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

    Bunlardan başqa Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan İstehsalat Birliyi tərəfindən 2018-2023-cü illərdə Gəncə şəhərində çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və təmiri işləri üzrə Ximekspress-2000 firması 6.173.373,55 manat, “OASA” MMC ilə 2.435.000 manat, “Gəncə Avtomobil zavodu” İstehsalat Birliy ilə 5.985.000 manat, “ATLAS ES” MMC ilə birbaşa müqavilə 3.301.261,44 manat, Gəncə şəhərində qəza vəziyyətində olan yataqxana və yaşayış binalarının tikintisinin davam etdirilməsi üzrə “ALİANS”MMC ilə 8.506.646,26 manat, istirahət parklarında əsaslı təmir və abadlıq işləri, işıqlandırılma sistemlərinin əsaslı təmiri işləri üzrə “ELVİ.M.M. SERVİCES GROUP” MMC ilə 1.623.552,89 manat və 897.824 manat, “VEDİ CONSTRUCTİON”  MMC ilə 897.240,78 manat və  abadlıq işlərinin satınalınmsı üzrə 1.225.288 manat məbləğində ümumi dəyəri 31 045 214 manat olan 9 satınalma müqaviləsi bağlanılıb.

    Biz buraya Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə ayrılan vəsaitləri əlavə etməmişik. Bu məqsədlə Gəncə şəhər İcra Hakimiyyəti ilə “Rövşən Oğuz Qrup” MMC arasında ümumi dəyəri 78 644 630 manat olan 9 satınalma müqaviləsinin bağlanıldığı barədə məlumat dövlət satınalmalarının vahid elektron portalı vasitəsi ilə açıqlanıb. Bununla da Gəncə şəhər İcra Hakimiyyəti 2019-2023-cü illərdə, yəni son 4 ildə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsinə tam 100 milyon manata yaxın dövlət vəsait ayrılıb, amma işlər hələ də yekunlaşmayıb.

    Qeyd edək ki, bu məlumatlar dəyəri milyon manatdan yuxarı olan satınalmalar üzrə hesablanıb. Gəncə şəhərində hər il küçə və prospektlərdə abadlıq, yolların əsaslı təmiri, abadlıq-quruculuq işlərinin satın alınması məqsədi ilə ayrılan yüz minlərlə manat dövlət vəsaitləri də var ki, müəmmalı MMC-lər vasitəsi ilə təyinatından kənarlaşdırılıb.

    Onu xüsusilə vurğulamaq istərdik ki,Niyazi Bayramov bütün bu kimi işləri Gəncədə təkbaşına görmür. Ona bu işlərdə yaxından köməklik göstərənlərin biri İcra Hakimiyyətinin tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədovdur. O, 1999-2016-cı illərdə Vergilər Nazirliyində baş müfəttiş, şöbə rəisi vəzifələrində çalışıb. 2017-2018-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub. Niyazi Bayramov 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Nurəhməd Əhmədov da MKTİB-də rəis müavini vəzifəsinə gətirilib.O, 2022-ci ilin yanvar ayından isə Birliyin rəisi vəzifəsində çalışır.

    Maraqlıdır, Bakıda anadan olmuş, uzun müddət Vergilər Nazirliyi kimi bir qurumda müxtəlif vəzifələrdə çalışmış Nurəhməd Əhmədovu Gəncə şəhərində “JEK” müdiri işləməyə nə vadar edib? Avtobioqrafiyasından da göründüyü kimi Vergilər Nazirliyində işləyib, maliyyə işini yaxşı bilir, biznes fəaliyyəti ilə də məşğul olub, geniş əlaqələri var. Niyazi Bayramova da Gəncə şəhərinə ayrılan pulları talan etməyə məhz Nurəhməd Əhmədov kimi peşəkar lazımdı.

    Niyazi Bayramovun Gəncədə talançılıq işlərinin başında başqa bir neçə şəxslər də var. Əldə etdiyimiz məlimatlara görə onlardan biri Gəncə şəhər Maliyyə İdarəsinin rəisi Rəşid Yusifovdu. O, da Niyazi Bayramov 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən dərhal sonra bu vəzifənin başına gətirilib. Gəncədə İdman Sarayının da, Dram Teatrının da yeni binasının tikintilərinə və digər abadlıq-quruculuq işlərinə ayrılan pulların dəqiq hesabını, Niyazi Bayramovun bu yollarla nələrin əldə etdiyini hamıdan yaxşı Rəşid Yusifov bilir. Onunla bağlı əldə etdiyimiz məlimatlara ayrıca qayıdacağıq.

    Həmçinin İcra başçısının yaxın dostu, adını hələlik hallandırmaq istəmədiyimiz başqa bir nəfərin Niyazi Bayramovla olan işbirliyinə də ayrıca toxunacağıq. Əldə etdiyimiz ən səhih məlumatlara görə Niyazi Bayramov həmin dostuna məxsus (əslində isə şərik olduğu) bir neçə şirkəti də işğaldan azad edilmiş Qarabağ torpaqlarında aparılan yenidənqurma işlərinə qoşub külli miqdarda pullar qazanır. Oğluna da milyonlarla manat dəyəri olan dəbdəbəli avtomobillər alır.

    Aktualinfo.org

     

     


    Oxunub: 411
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.