Nazir əməliyyat müvəkkilini rəis təyin etdi
Yalçın Ağabəy oğlu Abidov DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu stansiyasında xətt Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi təyin edilib. Globall.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Qeyd edək ki, bir müddət əvvəl sözügedən şöbənin Cinayət-axtarış bölməsinin rəisi Xəyal Qasımov vəzifəsindən azad olunaraq, eyni şöbənin İctimai-təhlükəsizlik qrupunun rəisi vəzifəsinə təyin olunub. Xatırladaq ki, Y.Abidov bundan öncə Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili idi.
Oxunub: 40
Xəbəri paylaş
Paylaş: