Ötən gün həlak olan hərbçimizə şəhid statusu veriləcək
Ötən gün təlim atışları zamanı həyatını itirən Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Saleh Kamal oğlu Xələfovun cənazəsi bu gün doğulduğu Quba rayonuna gətiriləcək. Globall.az Bizim.media-ya istinadən xəbər verir ki, şəhid statusu veriləcək əsgərin cənazəsi Quba şəhərinin girəcəyində qarşılanmadan sonra ailəsinə təhvil veriləcək. Daha sonra əsgər Saleh Xələfov Quba Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş: