Gəncə Apellyasiya Məhkəməsinin yeni sədri kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Toğrul Əli Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilib. Globall.az Trend-ə istinadən bildirir ki, Toğrul Əli bu təyinatadək Yevlax Rayon Məhkəməsinin sədri olub. Qeyd edək ki, Toğrul Məhəmməd oğlu Əli 1973-cü ildə Bərdə rayonunda anadan olub. O, 1996 Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsini bitirib. 2007-2008-ci illərdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2008- 2010-cu illərdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi, 2010-2017-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Toğrul Əli 2017-ci ildə Yevlax Rayon Məhkəməsinin sədri təyin olunub.
Oxunub: 51
Xəbəri paylaş
Paylaş: