Londondan İslamabada uçan təyyarə Bakıya enməli olub
Bu barədə hava limanından məlumat verilib.
Məlumata görə, buna səbəb İslamabadda güclü duman olub. Odur ki, təyyarənin kapitanı Bakıya eniş etməyə qərar verib. Yerli vaxtla saat 09:11-də təyyarə Bakının aeroportunda uğurlu eniş edib.
Uçuş müddətinin uzunluğu və aviaşirkətin qaydalarına görə, uçuş heyəti Bakıdan yola düşməzdən əvvəl istirahət etməlidir. Hazırda reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında yerləşdirilib. Təyyarə yola düşənə qədər reysin sərnişinləri viza ala, hava limanının otelində istirahət etmək və yaxud şəhəri gəzmək üçün aeroportun ərazisini tərk edə bilərlər.