Gürcüstan sərhədlərini açmaqdan imtina etdi

Gürcüstan hakimiyyəti xarici ölkələrlə aviaəlaqələri bərpa etmək və quru sərhədlərini 1 iyuldan etibarən açmaqdan imtina edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnava deyib.
O, sərhədlərin açılmasının iyulun sonuna qədər təxirə salınacağını bildirib.
Turnava sərhədlərin açılmasının dünyadakı epidemioloji vəziyyətdən asılı olduğunu deyib.
Qeyd olunub ki, aviaşirkətlər qərar barədə artıq məlumatlandırılıb.
Oxunub: 499
Xəbəri paylaş
Paylaş: