Heydər Əliyev adına Hərbi İnstituta 2024-2025-ci tədris ili üçün sənəd qəbulu həyata keçirilir
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, instituta qəbul olmaq istəyən namizədlər sənədlərini aprelin 30-dək istənilən sənəd qəbulu mərkəzinə təqdim edə bilərlər. Qəbul qaydaları və sənəd qəbulu mərkəzlərinin ünvanları ilə Milli Müdafiə Universitetinin rəsmi internet saytında (www.mmu.edu.az) tanış olmaq mümkündür.
Heydər Əliyev adına Hərbi İnstituta 2024-2025-ci tədris ili üçün I ixtisas qrupu ilə yanaşı, II və III ixtisas qrupları üzrə də sənəd qəbulu həyata keçirilir.
Oxunub: 80
Xəbəri paylaş
Paylaş: