Bakıda əcnəbiyə qarşı quldurluq edən pakistanlı şikayətçidir
Bakıda quldurluqda təqsirləndirilən Pakistan vətəndaşı Chaudhary Shahzad Ali Nasir Alinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Globall.az bildirir ki, məhkəmənin ilkin hazırlıq iclası aprelin 16-na təyin edilib. Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi əcnəbinin şikayətini təmin etməyib.
Qeyd: Pakistan vətəndaşı Chaudhary Shahzad Ali Nasir Ali barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. O, Bakıda əcnəbiyə qarşı quldurluq edib.\pravda.az/
Oxunub: 26
Xəbəri paylaş
Paylaş: