Azərbaycanda "Car sharing" xidmətinin perspektivi varmı? -
AÇIQLAMA
"İstənilən avtomobillərdən, nəqliyyat vasitələrindən səmərəli istifadə etməliyik. Hansısa sistem dünyanın inkişaf etmiş ölkələrində uğurla sınaqdan keçibsə, bu, bizdə niyə olmasın? "Car sharing" xidmətinin ölkəyə gəlişi taksi fəaliyyəti ilə bağlı son tənzimlənmələrin həyata keçirilməsindən sonra başladı. Bu, Amerika qitəsində, Avropa, Cənub-Şərqi Asiya ölkələrində, Rusiya, Türkiyə kimi inkişaf etmiş ölkələrdə geniş istifadə olunan vasitədir. Əlavə ehtiyac olan nəqliyyat vasitələrinin istismarı daim uğur gətirir. Sahibkarların da öz gəlirləri həmişə dövriyyədə olur. Bu, uğurlu layihə ola bilər". Globall.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. Ekspert xidmətin özəlliyindən danışıb: ""Car sharing" taksi fəaliyyəti ilə məşğul olan şəxslərin bir alternatividir. Fərq ondan ibarətdir ki, taksidə nəqliyyat vasitəsini digər şəxs idarə edir, bu xidmətdə isə avtomobili biz özümüzü idarə edirik. Qiymət nəqliyyat vasitəsinin özünə görə ödənilir. Bu da oxşar sistemdir. Xidmətin istifadəsi, perspektivləri, təbii ki, yüksəkdir. Ölkəmizdə də bu sistemin uğurlu olacağına şübhə edilməməlidir. Ən azından xarici praktikada həyata keçirilib".