FIFA AFFA-ya maliyyə vəsaiti ayırdı
FIFA milli federasiyalara koronavirus pandemiyasının təsiri ilə mübarizə aparmaq üçün 1.5 milyard ABŞ dolları ayırıb.
Qurumun rəsmi saytı xəbər verir ki, təşkilata üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar məbləğində qrant, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar qrant ayrılacaq. Altı konfederasiyanın hər biri 2 milyon dollar alacaq. Bu ödənişlər FIFA-nın planının ilk iki mərhələsində ediləcək.
Üçüncü mərhələdə hər assosiasiya 500 min dollardan 5 milyon dollaradək kredit almaq üçün müraciət etmək hüququna malik olacaq. Lakin məbləğ illik gəlirin 35 faizindən çox olmamalıdır.
Konfederasiyalara 4 milyon dollaradək kredit təklif ediləcək, xərclərin səmərəliliyinə nəzarət edən xüsusi komitə yaradılacaq./report
Oxunub: 1 652
Xəbəri paylaş
Paylaş: