Ağdamda minaatan qurğular aşkarlanıb
Ağdamda minaatan qurğular aşkar edilib. Globall.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən 2 minaatan qurğusu, 3 avtomat, 53 mərmi, 1 qumbara, 2 partladıcı detonator, 2000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Araşdırma aparılır.
Oxunub: 23
Xəbəri paylaş
Paylaş: