DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində tədbirlər davamlı olaraq həyata keçirilir. Globall.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 6 müxtəlif markalı tüfəng və 12 patron aşkarlanaraq götürülüb. Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər də davam etdirilir. Həmin gün polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 7 müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 müxtəlif çaplı patron və digər sursatlar aşkar edərək götürüblər.\azərtac/
Oxunub: 27
Xəbəri paylaş
Paylaş: