300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələrinə əsasən, 6 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Liseyin rəhbəri Kadir Bektaşoğlu şagirdləri təbrik edib, fədəkar müəllimlərə və valideynlərə təşəkkür ünvanlayıb.
AzEdu.az-ın məlumatına görə, imtahanlarda 300 bal toplayan 6 rekorçudan 2-si Türkiyə Dəyanət Vəqfinin Bakı Türk liseyində təhsil alır. Bunlar 9d sinif şagirdi Yunis Bəşirli və 9h sinif şagirdi Hüseyn Tağıyevdir.
Oxunub: 19
Xəbəri paylaş
Paylaş: