Britaniya Erasmus tələbə mübadiləsi proqramında iştirakını dayandırıb
Böyük Britaniyanın Avropa Komissiyasının Erasmus tələbə mübadiləsi proqramını yeniləməklə bağlı təklifini qəbul etməyib. Globall.az-in məlumatına görə, bununla da, britaniyalılar Avropa İttifaqında və Aİ vətəndaşları Birləşmiş Krallıqda daha asan şərtlərlə təhsil almaq imkanından məhrum olublar. Qeyd edək ki, 1987-ci ildə təsis edilmiş Erasmus tələbə mübadilə proqramı (European Region Action Scheme for the Mobility of University Students) 18-30 yaşlı şəxslərin vətəndaşı olmadığı ölkədə 4 il müddətinə daha asan şərtlərlə təhsil almağa və işləməyə imkan verirdi. Ekspertlərin qənaətinə görə, proqramın yenilənməməsindən əsasən Aİ vətəndaşları əziyyət çəkəcək.
Oxunub: 17
Xəbəri paylaş
Paylaş: