Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Aprelin 22-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Globall.az xəbər veriri ki, bu barədə DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 105, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: