İranda maska taxmaq məcburi oldu -
24 saatda 144 ölüm faktı
İranda Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi ictimai yerlərdə və qapalı məkanlarda tibbi maskadan istifadə zəruridir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Milli Komitəsinin iclasında deyib.
Ruhani qeyd edib ki, izdihamın olduğu yerlərdə maska taxmaq vacibdir. Onun sözlərinə görə, iyulun 5-dən 21-dək tibbi maskadan istifadə məcburi olacaq. Lazım gələrsə, bu müddət uzadılacaq.
Qeyd edək ki, İranda artıq ikinci həftədir (bir gün istisna olmaqla), gündə koronavirusdan 100-dən çox insan ölür. Son sutka da istisna deyil. Belə ki, son 24 saatda ölkədə infeksiyadan daha 144 nəfər dünyasını dəyişib.
Oxunub: 1 617
Xəbəri paylaş
Paylaş: