Azərbaycan və Tacikistan sənaye layihələrinin icrası üçün potensiala malikdir –
Mikayıl Cabbarov
Globall.az Trend-ə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Azərbaycan-Tacikistan” biznes forumunda deyib. “Azərbaycanın sənaye zonaları qarşılıqlı maraqlara əsaslanan əlaqələr üçün daha bir möhtəşəm imkandır”, – o deyib. Nazir qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası da beynəlxalq inivestorlarla işgüzar təmasa hazırdır və rezidentlərə müxtəlif preferensiyalar və gəlirlərin sərbəst repatriasiyası imkanını verir. “Ticari əlaqələrin hazırkı əlaqələrinə gəlincə, qeyd etmək istərdim ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 78 faiz artıb. Əlbəttə, ölkələrimizin iqtisadi imkanlarını nəzərə alsaq, əmtəə dövriyyəsinin gələcək artımı üçün geniş imkanlar mövcuddur”, – deyə o əlavə edib. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, Azərbaycan və Tacikistan arasında əmtəə dövriyyəsi 2023-cü ildə 6,127 milyon ABŞ dolları olub ki, bu da 2022-ci illə (5,949 milyon dollar) müqayisədə 2,98 faiz çoxdur.Azərbaycan və Tacikistan birgə yüngül, kimya və dağ-mədən sənaye layihələrinin icrası üçün potensiala malikdir.