5-ci İslam Həmrəyliyi oyunları 2021-ci il 10-19 sentyabrda keçiriləcək
Onlayn toplantıda İHİF İcraiyyə Komitəsinin və 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva, Türkiyənin Gənclər və İdman nazirinin müavini, Misir Olimpiya Komitəsinin prezidenti, Tunis Olimpiya Komitəsinin rəhbəri, Banqladeş Olimpiya Komitəsinin Baş Katibi, İHİF-in Baş Katibi, İHİF-in İcraiyyə Komitəsinin üzvləri və digər şəxslər iştirak edib.
Qeyd edək ki, Milli federasiyalar Oyunlar proqramına daxil olan hər bir oyun üçün texniki qaydalar planı və Təşkilat Komitəsi ilə birgə Oyunlar üzrə Ümumi Qaydalar hazırlayacaq.