Tarixin 4-cüsü – “Liverpul”
İngiltərənin “Liverpul” klubu Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyasını 35-ə çatdırıb.
Apasport.az saytının məlumatına görə, mersisaydlılar XIX turun dünən keçirilən matçında “Lester”i 4:0 hesabı ilə məğlub edib.
Bu, Yurgen Kloppun yetirmələrinə İngiltərə çempionatları tarixində 4-cü nəticəyə imza atmaq imkanı verib. “Liverpul” “Lids”in 1968-69-cu illərdəki 34 oyunluq seriyasını arxada qoyub.
“Liverpul” yalnız üç komandadan geri qalır. Rekord isə “Arsenal”a məxsusdur. “Topçular” 2003-04-cü illərdə 49 oyunda uduzmayıb ki, Y.Kloppun yetirmələri buna çatmaq üçün 14 matç da məğlub olmamalıdır. “Nottinhem Forest” 1977-78-ci illərdə 42, “Çelsi” 2004-05-ci illərdə 40 qarşılaşmada xal qazanıb.
Oxunub: 405
Xəbəri paylaş
Paylaş: