Misir Rusiyadan 500 döyüş tankı alacaq - Müqavilənin ümumi dəyəri 156 milyard rubldur (2 milyard avro)

Misir Rusiyadan 500 ədəd T-90MS tankı alacaq. Bununla bağlı Misir mətbuatı məlumat yayıb.
Xəbəri Misir ordusunun generalı Kamil əl-Vəzir də təsdiq edib.
Müqavilənin ümumi dəyəri 156 milyard rubl (2 milyard avro) qiymətləndirilir.
General Kamil əl-Vəzir əlavə edib ki, sözügedən tankların yığılması üçün Misirdə zavod qurulacaq.
Oxunub: 2 861
Xəbəri paylaş
Paylaş: