Xahiş edirəm, bloklamayın, razılaşdıraq – Borrell
Rusiya aktivlərindən əldə edilən gəlirləri silah almaq üçün istifadə etməyə imkan verəcək sənədləri razılaşdırmalıyıq.
Globall.az bildirir ki, bu açıqlama ilə AB diplomatiyasının rəhbəri Jozep Borrell çıxış edib.
“Onlar (sənədlər – red.) bu həftə baxılmaq üçün daimi nümayəndələrə təqdim olunacaq. Bunun necə gedəcəyi, AB dövlətlərinin hansı mövqe tutacağı haqda heç nə deyə bilmərəm. Amma mən AB-yə üzv dövlətlərə müraciət etmək istərdim: xahiş edirəm, onları bloklamayın, əks halda bu aktivlərdən əldə olunan gəlir cari hesablarımızda saxlanılmalı olacaq”, – Borrell vurğulayıb.
Qeyd edək ki, daha öncə Borrell açıqlamasında AB-nin Sülh Fondu adlanan qurumdan Ukraynaya 5 milyard avro dəyərində hərbi yardımın maliyyələşdirilməsi ilə bağlı 7 layihənin bloklandığını bildirib.\axar.az/