Rusiyanın “Birinci” kanalının Ermənistanda yayımı dayandırıldı
Rusiyanın “Birinci” telekanalının Ermənistanda yayımı müvəqqəti olaraq dayandırılıb.
Globall.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Armenpress” agentliyinə Ermənistanın yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan məlumat verib.
Onun sözlərinə görə, televiziya şirkəti müqavilə öhdəliklərini yerinə yetirməyib və 2,5 aydır ki, telekanalın borcları yığılıb.
Ayrapetyan vurğulayıb ki, yayım müvəqqəti olaraq – borc tam ödənilənə qədər dayandırılıb.
Oxunub: 68
Xəbəri paylaş
Paylaş: