“Qalstanyan görüş istəyirsə, qəbula yazılsın” – Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan “Vətən naminə” hərəkatının lideri Baqrat Qalstanyanla görüşlə bağlı suala cavab verib.
Globall.az Bakupost.az-a istinadən xəbər verir ki, bu gün parlamentin həyətində jurnalistlər Paşinyandan arxiyepiskop Baqrat Qalstanyanla görüşə hazır olub-olmadığını soruşublar.
“Vətəndaşlar və müxtəlif insanlarla görüşlər keçirirəm. Mənimlə görüş prosedurları var. Görüşmək üçün növbəyə yazılmaq istəyənlər bunu pulsuz edə bilərlər”, – deyə Paşinyan jurnalistin sualına cavab verib.
Oxunub: 78
Xəbəri paylaş
Paylaş: