Azərbaycan olimpiyaçıları dünya sıralamasında ilk 15-likdə
Yay Olimpiya Oyunlarının proqramına daxil olan növlər üzrə dünya çempionatlarının medal sıralaması açıqlanıb.
Globall.az xəbər verir ki, 2024-cü ildə 75 dəst medal sahibini tapıb.
Azərbaycan millisinin hesabında 2 qızıl medal var. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) BƏƏ-nin paytaxtı Əbu-Dabidə çempion olublar.
Millimiz ən azı 2 çempionluq yaşayan 15 komanda sırasındadır. Azərbaycan eyni göstəriciyə malik İrlandiya ilə 14-15-ci yerləri bölüşür.
Qeyd edək ki, siyahıya Çin başçılıq edir. ABŞ ikinci, Niderland üçüncüdür. Ümumilikdə isə 2024-cü ilin dünya çempionatlarında 49 ölkə mükafat qazanıb.\idman biz/
Oxunub: 64
Xəbəri paylaş
Paylaş: