Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentarilərinin iclası keçirilir
  • Milli Məclisin nümayəndə heyəti Şimali Kiprə gedir - Tarixi səfər
  • Rusiya yaxın vaxtlarda Azərbaycana nümayəndə heyəti göndərəcək
  • Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
  • Rusiya Baltikyanı ölkələrin konsulluqlarını bağlayır
  • Konsulluq, yoxsa kəşfiyyat mərkəzi: Rusiyanın Qarabağla bağlı yeni planı

    • Tarix: 30-05-2024, 13:04

    Elxan Şahinoğlu: “Moskva bölgəni diqqətdə saxlamaq, Azərbaycana əzələ göstərmək üçün konsulluq adı ilə kəşfiyyat mərkəzi yaratmaq niyyətindədir”


    Rusiya Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi şəhərində baş konsulluq açacağını bəyan edib. Belə ki, Rusiya Parlamentinin yuxarı palatasının – Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bu barədə söyləyib.

    “Rusiya Xankəndidə yaxın vaxtlarda başlayacaq Rusiya Baş Konsulluğunun açılışına hazırlıq işlərində Azərbaycanın dəstəyinə ümid edir. Biz yaxın vaxtlarda bunun üçün hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – deyə rusiyalı deputat bildirib.

    Onun sözlərinə görə, Baş Konsulluğun 2024-cü ildə açılması ideal olardı: “Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək”.

    Rusiyanın bu planı Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Azərbaycan tərəfindən rəsmi şəkildə məsələyə münasibət bildirilməsə də, əksər analitiklər Rusiyanın bu planının bizim üçün heç də yaxşı olmadığı qənaətindədirlər. Həm də sual olunur: Qarabağda, Xankəndidə Rusiya vətəndaşı var ki, Baş Konsullkuq da açılsın?

    “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, Azərbaycan Xalq Cümhuriyyətini quran babalarımız 106 il əvvəl hansı çətinliklərlə, təhlükələrlə üzləşmişdisə, indi də həmin çətinliklərdən, təhlükələrdən qurtulmamışıq:

    – Baxmayaraq ki, indi bölgədə şərait də dəyişib, 35 ilə yaxındır ki, Azərbaycan müstəqil dövlətdir. Konsulluq o şəhərdə açılır ki, konsulluq açan ölkənin həmin şəhərdə, bölgədə vətəndaşları yaşayırlar. Bu gün Qarabağda, Xankəndidə Rusiya vətəndaşları yoxdur. Rusiyanın sülhməramlı kontingenti də bölgədən çıxıb. Belə bir məqamda, Rusiyanın Xankəndidə konsulluq açması ilə bağlı Karasinin açıqlaması sual doğurur. Onu da deyim ki, bu, bu məsələ Karasinin səlahiyyətinə də daxil deyil. Karasin vaxtilə Rusiya xarici işlər nazirinin müavini olub, amma indi Rusiya Parlamentinin yuxarı palatasında təmsil olunur. Bir deputatın Azərbaycan parlamentariləri ilə görüşdə qəfldən Rusiyanın Xankəndidə konsulluq açacağını söyləməsi qəribədir. Çünki birincisi, bu, diplomatik etiket qaydalarına uyğun deyil. Yəni ki, sən harada istəsən konsulluq aça bilməzsən, birinci Azərbaycanın rəyini öyrənmək lazımdır. Karasin “biz Azərbaycanda, Qarabağda konsulluq açmaq istəyərdik” desəydi, o zaman hardasa bunu başa düşmək olardı. Amma birbaşa “Xankəndidə konsulluq açacağıq” deməsi doğru deyil.

    İkincisi, niyə məsələn, Gəncədə yox, Xankəndidə. Gəncədən Rusiyanın şəhərlərinə təyyarə reysləri də var, orada yaşayan ruslar da var. Gəncədə konsulluq açmaq daha məntiqli olardı, nəinki Xankəndidə.

    – O zaman Rusiyanın niyəti nədir?

    – Demək ki, burada art niyyət var. Vətəndaşının olmadığı, üstəlik, Azərbaycanın işğaldan yeni azad etdiyi bir şəhərdə, separatizmə yeni son qoyulan şəhərdə Rusiyanın konsulluq açmaq niyyəti heç də yaxşı niyyə deyil. Ağıla bir variant gəlir: Rusiya Xankəndidə konsulluq yox, kəşfiyyat mərkəzi açmağı planlaşdırıb. Bunun başqa izahı yoxdur. Moskva bölgəni diqqətdə saxlamaq, Azərbaycana da əzələ göstərmək üçün konsulluq adı ilə kəşfiyyat mərkəzi yaratmaq niyyətindədir. Demək istəyirlər ki, bölgəni tərk etməmişik. Biz bunlardan yaxamızı qurtarmağa çalışırdıq, bu, alındı da. Amma yenidən Rusiya Qarabağda varlığını sürdürmək istəyir. İllərdir hərbi varlıqlarını nümayiş etdirirdilər, indi guya ki, diplomatik vasitə ilə varlığını göstərmək istəyir. Hesab edirəm ki, indiki şəraitdə Azərbaycan bununla yazılaşa bilməz.

    Başqa bir məsələ, Türkiyənin Şuşada konsulluq açması məsələsidir. Düşünürəm ki, biz bu məsələdə yubanırıq. Şuşada Türkiyə konsulluğu açılsaydı, bəlkə də Rusiya Xankəndidə konsulluq açmaqdan danışmazdı. Özü də Türkiyənin Şuşada konsulluq açması məntiqlidir. Xeyli Türkiyə şirkəti Qarabağda yenidənqurma prosesində iştirak edir, Türkiyə vətəndaşları işləyirlər. Bu baxımdan, Türkiyənin bölgədə konsulluq açmasına ehtiyac var. Amma Rusiyanın Qarabağda konsulluq xidmətinə heç bir ehtiyac yoxdur.

    – Rəsmi Bakının buna cavabı nə olacaq?

    – Əlbəttə, bu plana Bakıdan “yox” deyilməlidir. Bəlkə də Karasin nəbz yoxlayır, sözü atır, Azərbaycanın mövqeyini öyrənmək istəyir. Azərbaycandan buna cavab verilməsə, Moskva o boşluqdan istifadə edib daha çox üstümüzə gələ bilər. Azərbaycan diplomatik şəkildə Rusiyaya mesaj verməlidir ki, Xankəndidə konsulluq açmalarına ehtiyac yoxdur. Çünki orada hələ ki, bərpa-quruculuq işləri gedir, Rusiya vətəndaşı orada yaşamır və s. Hələ Azərbaycan Xankəndidə məskunlaşma aparmalıdır. Nə vaxt ki, Xankəndidə tam məskunlaşma həyata keçirilər, soyqaşlarımız Xankəndiyə qayıdar, o zaman bu məsələyə baxmaq olar. Eyni zamanda, nə vaxt ki, Qarabağa Rusiyadan çoxlu turistlər gələr, Kəlbəcərdə, Şuşada, digər şəhərlərdə dincəlməyə gələrlər, konsulluq xidmətinə ehtiyac olar, o zaman konsulluq açılması müzakirə oluna bilər. Özü də Xankəndidə yox, Azərbaycan hansı şəhərdə istəsə, o şəhərdə açılmasına baxıla bilər. Azərbaycanın Qarabağı turizm mərkəsinə çevirməsi üçün isə hələ ən azı 10 il vaxt lazımdır. Hesab edirəm ki, gecikmədən bu, Rusiyanın diqqətinə çatdırılmalıdır.

    – Şuşada Türkiyə konsulluğunun açılmasının yubandığını qeyd etdiniz. Ola bilərmi ki, münasibətlərin pozulmaması, balansın pozulmaması üçün Qarabağda Türkiyə konsulluğunun Rusiya konsulluğu ilə eyni vaxtda açılması planı var?

    – Azərbaycanla münasibətlər baxımından Rusiya ilə Türkiyəni tərəzinin eyni gözünə qoymaq doğru deyil. Türkiyə Azərbaycanın qardaş, dost, müttəfiq ölkəsidir. İkinci Qarabağ müharibəsində Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında olan dövlətdir. Rusiya isə müharibədə tam mane olmasa da, Ermənistana İran üzərindən silah-sursat göndərən ölkədir. Düzdür, Azərbaycanla Rusiya arasında normal qonşuluq münasibəti var, tərəfdaşlıq mövcuddur, amma Rusiya bizim üçün Türkiyə deyil. Balansı qorumaq naminə Qarabağda Türkiyə konsulluğunu Rusiya konsulluğunun açılması ilə eyniləşdirmək doğru yanaşma deyil. Azərbaycan-Türkiyə müttəfiqliyi, ittifaqı reallığını Rusiya Prezidenti Vladimir Putinin özü də qəbul edib. Putin İkinci Qarabağ müharibəsindən sonra bir neçə dəfə bəyan edib ki, Türkiyə bölgədə yerləşib və Rusiya buna mane ola bilməz. Rusiya reallığı anlayır, ona görə də Türkiyə varsa, Rusiya da olsun yanaşması yersizdir.

    Üstəlik, Karasin konsulluqla bağlı açıqlama verdiyi anda Rusiyanın dövlət agentliyində ermənilərlər ruslar arasında ortaq tədbir keçirilirdi. Həmin konfransda rusiyalı politoloqlardan biri dedi ki, Rusiya Zəngəzur dəhlizinin açılmasına imkan verməməlidir. Bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin işə düşməsi ilə razılaşsa belə, Rusiya rəsmi İrəvana mane olmalıdır. Və bunu rusiyalı politoloq dövlət agentliyində keçirilən konfransa deyir, kimsə də buna etiraz etmir. Demək istəyirəm ki, belə bir siyasət aparan ölkənin Xankəndidə konsulluq açması Azərbaycan üçün təhlükə deməkdir. Bu gün Rusiya ilə münasibətlərimiz normaldır. Azərbaycan da normal qonşuluq münasibətlərində maraqlıdır. Amma Rusiya gərginliyi bilərəkdən yaratmaq niyyətini ortaya qoyur. Moskva Bakının rəyini öyrənmədən qəfldən Xankəndidə konsulluq açmağı planlaşdırdıqlarını deyirsə, bu, özbaşınalıqdır. Azərbaycanın mövqeyini öyrənmədən Rusiya Xankəndidə konsulluq açmağı niyə planlaşdırmalıdır ki…Bu, Rusiyanın qızışdırıcı mövqeyidir. Yenə deyirəm, buna yüksək səviyyədə olmasa da, karasin səviyyəsində bir rəsmimiz tərəfindəın cavab verilməlidir.


    Oxunub: 88
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.