Dünyanın ilk taxta peyki sentyabrda kosmosa göndəriləcək
Yaponiyada hazırlanan dünyanın ilk taxta peykinin inşası və istehsal prosesinin tamamlandığı və ekoloji cəhətdən təmiz kimi xarakterizə edilən peykin sentyabr ayında orbitə göndəriləcəyi açıqlanıb.
Dünyanın ilk taxta peykinin istehsalı layihəsi başa çatıb.
Globall.az xəbər verir ki, Yaponiyanın Sumitomo Forestry (SFC) şirkəti və Kioto Universiteti ilə birgə hazırlanmış ekoloji cəhətdən təmiz “LignoSat” peykinin istehsal prosesi başa çatıb.
Birgə açıqlamada qeyd olunub ki, ucuz və ekoloji cəhətdən təmiz kosmik texnologiyaların inkişafı məqsədilə başlanılan layihə təxminən 4 il ərzində tamamlanıb. Bildirilib ki, çəkisi bir kiloqram olan “LignoSat” peyki ənənəvi ağac emalı texnikası ilə, vintlər və yapışdırıcılardan istifadə olunmadan istehsal edilib.
Maqnoliya ağacından hazırlanmış və alüminium çərçivəyə malik peykdə günəş panellərinin quraşdırıldığı, lazımi dayanıqlıq sınaqlarının aparıldığı vurğulanıb.
Bildirilib ki, “LignoSat” peyki gələn həftə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə (JAXA) təhvil veriləcək və sentyabr ayında ABŞ-dakı Kennedi Kosmik Mərkəzindən orbitə çıxarılacaq.
Adını ingiliscə “ağacdan hazırlanmış” mənasını verən “lignified” və ” peyk” mənasını verən ” peyk ” sözlərindən götürülmüş “LignoSat” peykindən əldə edilən məlumatların ağacın istifadə potensialının kəşfinə töhfə verəcəyi gözlənilir.\turkustan.az/