“Bu ittihamlara hətta Tereza ana belə qalib gələ bilməzdi”
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən və 6 həftədir davam edən “sus payı” işində fasilə zamanı jurnalistlərə maraqlı açıqlama verib.
Globall.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp açıqlamasında “Hətta Tereza ana belə bu ittihamlara qalib gələ bilməzdi” deyib.
Dünən tərəflərin yekun çıxışlarda 12 nəfərlik münsiflər heyəti Trampın mühakimə olunduğu 34 ittiham üzrə günahkar olub-olmadığına qərar vermək üçün məhkəmə binasında onlar üçün ayrılmış xüsusi otağa keçiblər.
Münsiflər yekdilliklə Trampın ittihamların hər biri üzrə təqsirli olub-olmamasına qərar verməlidirlər. Hər hansı ittiham maddəsi üzrə konsensus əldə olunmazsa, iş dayandıra bilər.
Münsiflər heyətinin qərara gəlməsinin neçə gün çəkəcəyi məlum deyil.
Hüquqi müşahidəçilər hesab edir ki, işin vacibliyinə görə, kollegiyanın qərarı gələn həftəyə qədər təxirə salına bilər