Erkən yaşda hava və səs çirkliliyinə məruz qalma psixoloji pozulma riskini artırır
İngiltərənin Bristol Universitetində aparılan araşdırmalar, erkən yaşlarda hava və səs çirkliliyinə məruz qalmanın psixoloji pozğunluq riskini artırdığını ortaya çıxarıb.
Globall.az xəbər verir ki, JAMA Network Open jurnalında dərc edilən araşdırmada hava və səs çirkliliyi ilə psixoloji pozğunluqlar arasındakı əlaqə araşdırılıb.
İngiltərədə 1991-1992-ci illərdə hamilə qadınlarla başlayan uzunmüddətli araşdırmada 9065 uşağın 12 yaşına qədər məruz qaldığı hava və səs çirkliliyi araşdırılıb.
Sözügedən uşaqların 13, 18 və 24 yaşlarında olan psixoloji durumları ana bətnindən bəri məruz qaldıqları hava və səs çirkliliyi ilə müqayisə edilib.
Nəticələr göstərdi ki, iştirakçıların təxminən 19,5 faizi psixotik, təxminən 11,4 faizi depressiya, təxminən 9,7 faizi isə narahatlıq pozğunluğu yaşayıb.
Tədqiqatçılar, PM2.5 adlanan incə hissəciklərdəki kiçik bir artımın daha çox psixotik təcrübə və depressiya ilə əlaqəli olduğunu bildirdi.
“Uşaqlıq, yeniyetməlik və erkən yetkinlik psixiatrik pozğunluqların inkişafı üçün kritik dövrlərdir” dedi.\turkustan.az/