Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Lavrov Bakıda NƏ SÖZ VERDİ? - Moskva öhdəlik götürməlidir ki, Qarabağdan...
  • Rusiya XİN Nikol Paşinyana CAVAB VERDİ
  • "Hərşey sadədir: Qarabağ Ermənistan deyil, Qarabağ Azərbaycandır" - Korotçenko
  • "Dağlıq Qarabağ uğrunda döyüşmək Azərbaycanın haqqıdır"- Rusiyalı politoloq
  • Rusiya Ermənistana girməyə hazırlaşır - Xankəndində vəziyyət nəzarətdən çıxır
  • Bakı başqa bir həmləyə hazırlaşır, Kremldə ayrı plan cızılır – “Sürpriz olacaq”

    • Tarix: 3-06-2024, 09:51

    Bakı başqa bir həmləyə hazırlaşır, Kremldə ayrı plan cızılır

    ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

    Onunla müsahibəni təqdim edirik.

    – Rusiyalı deputat Konstantin Zatulin söyləyir ki, revanşistlər Ermənistan Baş naziri Nikol Paşinyanı devirə bilməyəcəklər, Moskva kömək etməlidir. Rusiya açıq dəstəyə başlayacaqmı, başlasa, nə dəyişəcək?

    – Maraqlıdır ki, son dönəmdə Rusiyanın erməni kilsəsi və nümayəndələrinə “stavka” qoyduqları açıq-aydın görünür. Baqratın başladığı və davam edən aksiyaların arxasında da Rusiyanın olduğu artıq şübhə yeri qoymur. Rusiya Ermənistan siyasətinə siyasi qüvvələr, yaxud Köçəryan və Sərkisyan vasitəsilə təsir edə bilməyəcəyini anladı. Bu “vurulmuş kadrlar” və ya “Qarabağ klanı”nın nümayəndələri Ermənistan cəmiyyətində o qədər aşağı reytinqə malikdirlər ki, indiki halda onlarla siyasi oyun qurmaq və manevrlər etmək mümkünsüzdür.

    Rusiya 2020-ci ildən müəyyən cəhdlər elədi, müəyyən koalisiyalar qurdu, aksiyalar təşkil etdi, amma 2021-ci ildə keçirilən erkən seçkilərdə Paşinyanın komandası qalib gəldi. Rusiya bundan sonra anladı ki, Ermənistanda öz təsir dairəsində olan siyasətçilərlə iş görmək mümkün deyil. Bu səbəbdən də taktikanı dəyişdilər, erməni cəmiyyətində az-çox nüfuzu olan kilsə vasitəsilə durumu dəyişməyə cəhd etdilər. Amma problem budur ki, Baqratın rəhbərlik etdiyi bu hərəkatın məqsədinin nə olduğunu xalq anlamır.

    Paşinyanın dedikləri ilə razılaşanlar da, razılaşmayanlar da var, amma o, müəyyən məsələlərlə bağlı konkret təkliflər irəli sürür. “Yeni hərəkat”ın nümayəndələri isə xalq tərəfindən o qədər də anlaşılmırlar deyə, böyük dəstək görmürlər. Üstəgəl, son zamanlarda verilən dəstəyin də azaldığını görürük. Hətta əvvəllər keşişin rəhbərlik etdiyi hərəkatı dəstəkləyən media qurumları belə, indi ona qarşı müəyyən irad və suallarla çıxış edirlər.

    Rusiya da görürür ki, artıq proses sönmək üzrədir, buna görə hansısa formada dəstək verməyə, közü alovlandırmağa çalışır. Buna nail olacağını düşünmürəm. Hər halda Zatulinin açıqlaması məlumun elanı idi. Əvvəllər insanlar düşünürdülər ki, prosesin arxasında Rusiya durur, indi Zatulin bunu təsdiqləyir. Rusiya prosesin sönməyə doğru getdiyini də görür.

    – Ermənistan hökumətinə bağlı media və ekspertlər iddia edirlər ki, planları alınmayan revanşistlər qan tökə, terror və təxribata əl ata bilərlər. Belə bir gəlişmə prosesi hansı istiqamətə döndərəcək?

    – Adətən belə küçə prosesləri sönməyə doğru gedəndə, müəyyən bir dalğanın yaranması ehtiyacı olur. “Müqəddəs qan” anlayışı yaranır ki, kiminsə qanı tökülür, bunun üzərindən siyasi prosesin gərginləşdirilməsinə start verilir. Bu ssenari bir çox ölkələrdə həyata keçirilib.

    Əlbəttə, Ermənistanda da bunu etmək istəyənlər tapılacaq. Yəni prosesdən kənarda qalan 80-90 faiz xalqı cəlb etmək üçün müəyyən qanlı təxribatlar mümkündür. Bunu Ermənistan hökuməti də bilir. Paşinyanın komandası tez-tez təhlükəsizlik strukturları ilə toplantılar keçirir, yəqin onlarda bəzi məlumatlar var. Bu məlumatlar əsasında müvafiq addımlar atırlar.

    Təhlükəsizlik tədbirləri görülür, artıq aksiyalarda saxlanılanlar və həbslər var. Hətta keçmiş separatçı rejimin bəzi təmsilçiləri, o cümlədən Xankəndinin “sabiq mer”i də həbs edilənlər arasındadır. Düzdür, korrupsiya məsələsinə görədir, amma məlumdur ki, bunun içində siyasi çalarlar da var. Bir sözlə, qabaqlayıcı addımlar atılır ki, mümkün təxribatların qarşısı alınsın.

    Amma bu mümkün gəlişmənin nə vaxt olacağını söyləmək çətindir. Bir şey isə dəqiqdir ki, proses sönməyə doğru gedir. Baş verənlərin arxasında duran qüvvələr, eləcə də Kremlə bağlı “Qarabağ klanı” anlayır ki, bu dəfə proses nəticəsiz yekunlaşsa, o zaman Ermənistanda siyasətə kənardan təsir imkanları tamamilə sıradan çıxacaq.

    Buna görə də, düşünürəm ki, yaxın günlərdə Ermənistanda müəyyən təxribatları görə bilərik.

    – Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinin yollarını müzakirə etdi. Türkiyənin mövqeyi məlumdur, bəs ABŞ bölgədə sülhün əldə edilməsinin yolunu nədə görür?

    – Qərb üçün əsas prioritet ondan ibarətdir ki, harda mümkündürsə, Rusiyanı sıxışdırıb oradan çıxarsın. Azərbaycan və Türkiyənin son dörd ildə atdığı addımlar Rusiyanın bölgədəki təsir dairəsi və nüfuzunu tarixdə olmadığlı qədər aşağı saldı. Rusiya ötən otuz ildə Qarabağ münaqişəsi üzərindən Azərbaycan və Ermənistana çox ciddi təsir mexanizmləri yaratmışdı. Azərbaycanın işğala son qoyması və öz ərazi bütövlüyünü təmin etməsi bu təsir mexanizmlərini böyük ölçüdə zəiflətdi. Amerika da bundan məmnundur.

    ABŞ və bəzi Qərb dövlətlərinin istəklərinin sülhün tezliklə əldə edilməsi və bu münaqişəyə birdəfəlik son qoyulması yönündə olduğunu deyə bilərik, bu istiqamətdə aktivliklərini artırdıqlarını da görürük. Hətta müəyyən “güzəştlər” də var. Yəni əvvəllər israr var idi ki, sənədlər Brüssel və ya Vaşinqtonda imzalansın, indi bu yoxdur. Bununla dünyaya göstərmək istəyirdilər ki, Rusiya artıq heç nəyə təsir edə bilmir. İndi belə bir israr yoxdur.

    Bundan sonra Qazaxıstan və Tiflis formatları yaranıb. Görünən budur ki, Qərb bu kimi formatlarda maraqlıdır, yəni hansı məkanda olmasından asılı olmayaraq, sülh müqaviləsi imzalansın, Rusiyanın Cənubi Qafqaza təsirləri azalsın. Qərbin strateji xətti budur, bu, nə Azərbaycan, nə də Ermənistanın mövqeyini dəstəkləməkdir. Bu, Qərbin öz maraqlarının dəstəklənməsidir. Başqa sözlə, ABŞ-nin mövqeyi budur ki, tezliklə sülh olsun və Rusiyanın Cənubi Qafqaza təsirləri azalsın.

    – Rusiya yerdəki vəziyyət və reallıqla barışıbmı? Məsələn, uzun illər hər iki ölkəyə “Qarabağ kartı”ndan istifadə edən Moskva indi bu təsirli vasitənin əlindən çıxmasını həzm edibmi?

    – Rusiyanın Ukraynaya müdaxiləsi onun kənara təsir imkanlarını kifayət qədər məhdudlaşdırıb. Azərbaycanın çox düzgün strateji hesablama və addımları ona gətirib çıxardı ki, Rusiyanın bəzi məsələlərlə barışmaqdan başqa çarəsi qalmadı.

    Azərbaycan və Türkiyənin strateji tərəfdaşlıq və müttəfiqliyi o həddə çatdı, iki ölkənin koordinasiyalı xarici siyasəti elə addımlara söykəndi ki, Rusiya sadəcə buna məcbur oldu. Amma bu o demək deyil ki, bu gün müəyyən məsələlərlə barışan Rusiya sabah bunları gündəmə gətirməyəcək. Son günlərdə bəzi ”pozitiv açıqlamalar”ına baxmayaraq, Rusiya uzun müddət delimitasiya və demarkasiya ilə bağlı susdu. Çünki bu, əllərində olan son vasitə idi, buraxmaq istəmirdilər.

    Azərbaycanla Ermənistanın sərhəd məsələsini ikitərəfli formada həll etməsi Rusiyaya sərf eləmirdi. Çünki Rusiya bu prosesdə “əsas moderator” olduğunu düşünürdü. Nəinki xarici işlər naziri Lavrov, hətta Prezident Putinin özü dəfələrlə söyləmişdi ki, əsas, dəqiq xəritələr Kremldədir. Yəni demək istəyirdilər ki, yanımızda oturun, sərhədlərinizi biz çəkəcəyik. Rusiya bunda çox maraqlı idi. Amma İrəvanla Bakının ikitərəfli müzakirələri nəticə verdi, artıq sərhədin bir hissəsi demarkasiya edilib. Bu, çox vacib inkişafdır. Azərbaycan və Ermənistan bu prinsiplə davam etsə, ən təsirli rıçaqlardan biri də, Rusiyanın əlindən çıxmış olacaq.

    – Ermənistan baş naziri deyir ki, sülh müqaviləsi və ya çərçivə sazişi hər an imzalana bilər, bütün prinsiplər razılaşdırılıb. Belədirsə, imzalanma prosesi niyə yubanır?

    – Mənə elə gəlir ki, texniki detallar və məkanla bağlı məsələ müzakirə mövzularıdır. Məsələn, Qazaxıstanda (Almatı) imzalansa, bundan Ermənistan daxilində Paşinyan üçün problem yaratmağa çalışa bilərlər. Belə bir durumda revanşistlər və müəyyən siyasi qüvvələr müqavilənin bir türk cümhuriyyətində imzalanmasına gərə Paşinyanın üstünə gedəcəklər. Gürcüstanda ola bilər, amma orada daxili siyasi vəziyyət sabit deyil. Hesab edirəm ki, bu və digər səbəblərdən indi məkanla bağlı müzakirələr gedir.

    Bəzi texniki detallar da var. Əsas məsələlərdən biri qarşılıqlı iddialardan geri çəkilməklə bağlıdır. Yəni Azərbaycan və Ermənistanın beynəlxalq məhkəmələrdə bir-birlərinə qarşı iddialarından geri çəkilmələri çərçivə sazişində yer almalıdır ki, məsələlər birdəfəlik yekunlaşsın. Elə olmasın ki, sülh və ya çərçivə sazişi imzalansın, bundan sonra davam edən məhkəmə çəkişmələri gərginliyi yenidən artırsın. Yəni gərginliyin aradan qaldırılması üçün qarşılıqlı məhkəmə proseslərinin sonlandırılmasına ehtiyac var.

    Azərbaycan tərəfi konstruktiv mövqe tutub. Bizim açıqlamalarımızdan belə məlum olur ki, Azərbaycan bu məsələdə qarşılıqlı addımlar atmağa hazırdır. Ermənistan da hazır olsa, yaxınlarda sülh olmasa da, çərçivə sazişinin imzalanması mümkündür. Hətta düşünürəm ki, noyabra qədər imzalana bilər. Sürprizlərin də olması mümkündür.

    Noyabrda Bakıda keçiriləcək COP29-a dünyanın 80-90 ölkəsinin hökumət və dövlət başçıları qatılacaq. Niyə onlardan biri Ermənistan baş naziri olmasın? Bu, iki ölkə arasında normallaşmaya doğru atılmış ən vacib addımlardan biri ola bilər.


    Oxunub: 92
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.