Qəbul imtahanının cavabları nə vaxt açıqlanacaq?
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Globall.az-ın məlumatına görə, imtahanda 35966 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İyunun 3-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Oxunub: 60
Xəbəri paylaş
Paylaş: