Baş Prokurorluq zavodda 5 nəfərin ölümü ilə bağlı məlumat yaydı
Baş Prokurorluq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində beş nəfərin ölümü ilə bağlı məlumat yayıb.
Globall.az-ın xəbərinə görə, bu barədə Qurumdan bildirilib ki, zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılb.
Prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.
Oxunub: 64
Xəbəri paylaş
Paylaş: