Qalstanyandan qəribə açıqlama: “Böyük sürpriz olacaq”
“Mən çox vacib bir insanla görüşəcəm”.
Globall.az Globalinfo.az-ya istinadənxəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan deyib.
“Kimlə görüşəcəyimi deməyəcəm. Çünki dünən mən bunu dedim və Ermənistan İstintaq Komitəsinin binasının necə mühasirəyə alındığını gördüm. Polislərimizə yazığım gəlir, onlar dincələ bilmirlər”.
Qalstanyan yaxın vaxtlarda Basarkeçər və Zəngəzura gedəcəyini söyləyib.
“Bundan başqa, cümə günü bizi böyük bir sürpriz gözləyir, birlikdə harasa gedəcəyik. Proseslər əsas məqsədə çatana qədər davam edəcək”, – Qalstanyan vurğulayıb.
Oxunub: 63
Xəbəri paylaş
Paylaş: