Taksi qiymətləri kəllə-çarxa qalxdı : “50-60 faiz bahalaşma düzgün deyil”
Xəbər verdiyimiz kimi, bu gündən taksi xidmətlərində kəskin qiymət artımı müşahidə olunur. Qiymət əvvəlki vaxtla müqayisədə 3-4 manat artıb.
“Globall.az bildirir ki, bu barədə Bakupost.az-a açıqlamasında hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov qiymətləri taksi şirkətlərinin müəyyən etdiyini bildirib:
O qeyd edib ki, qiymət artımının hansı problemlərə yol açacağını araşdırmaq lazımdır:
“Qiymətləri dövlət qurumları deyil, taksi şirkətləri müəyyən edir. Taksi operatorları qiyməti qaldıranda bununla bağlı heç sürücüylə məsləhətləşmirlər. Əslində bu dərəcədə qiymət artımı müşahidə edilməməlidir. Qiymətlərin 50-60 faiz qalxması düzgün deyil”.
Oxunub: 56
Xəbəri paylaş
Paylaş: