“Sülh sazişi imzalanacaq, Paşinyan Bakıya gedəcək” – Abovyan
Azərbaycanla Ermənistan payıza qədər sülh müqaviləsini imzalamağı planlaşdırır.
Globall.az Teleqraf.com-a istinadənb xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.
“Azərbaycan sənədi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) beynəlxalq konfransınadək, yəni payıza – noyabra qədər imzalamaq istəyir”, – ekspert qeyd edib.
Abovyanın iddiasına görə, sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana səfər edə bilər: “Baş verənlərdən belə məlum olur ki, müvafiq sənədin imzalanması ilə əlaqədar Nikol Paşinyanın Bakıya səfəri ilə bağlı pərdəarxası danışıqlar gedir”. /teleqraf.com/
Oxunub: 57
Xəbəri paylaş
Paylaş: