ƏRDOĞANDAN YUNANISTANA MESAJ - "Bədəl ödəmək istəyən buyursun gəlsin" /VİDEO
Türkiyə Aralıq, Egey və Qara dənizdə haqqı olanı alacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 949-cu ildönümü ilə bağlı çıxışında deyib.
“Türkiyə artıq səbri sınanacaq bir ölkə deyil. Bunu hər kəs görəcək. Edərik deyiriksə, edərik. Egeydəki saxta hegemonluqları qəbristanlıqda fit çalma psixologiyasının təzahüründən başqa bir şey deyil. Türkiyənin heç kəsin torpağında gözü yoxdur. Özümüzə aid olanı da heç vaxt güzəştə getməyəcəyik. Bunun üçün siyasi, iqtisadi, hərbi cəhətdən nə lazımdırsa etməyə hazırıq. Biz bu torpaqların əsil sahibləriyik. Qarşı tərəfdəki həmkarlarımızı düzgün yola dəvət edirik. Məhv olmalarına yol açacaq səhvlərdən uzaq dursunlar”, - Ərdoğan bildirib.
Oxunub: 408
Xəbəri paylaş
Paylaş: