Ukraynanın Baş naziri Denis Şmıqal istefa verdi

Ukraynanın Baş naziri Denis Şmıqal vəzifəsindən istefa verib.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd edək ki, Prezident Zelenski ötən gün Baş nazirin birinci müavini və
iqtisadiyyat naziri Yuliya Sviridenkoya hökumətə rəhbərlik etməyi təklif edib.
Əvvəllər bildirilmişdi ki, Şmıqal Ukraynanın yeni müdafiə naziri təyin
olunacaq, əvvəlki nazir Umarov isə ABŞ-a səfir göndəriləcək.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş: