İsrail Suriyanın Prezident Sarayını vurdu - əl-Şaraa iqamətgahını tərk etməyib - VİDEO
İsrail Müdafiə Qüvvələri (SAXAL) Suriya Prezident Sarayının yaxınlığına xəbərdaredici zərbə endirib.
Press-fakt.az xəbər verir ki, İsrail Ordusunun məlumatına görə, hücum Baş Qərargah binasına edilən zərbə ilə eyni vaxtda baş verib.
Suriyanın "Ehtemlat" nəşrinin xəbərinə görə, Türkiyə Suriya Prezidenti Əhməd əl-Şaraadan Prezident Sarayını dərhal tərk etməyi tələb edib. Lakin o, bu tələbi yerinə yetirməkdən imtina edib.
Suriya Səhiyyə Nazirliyi İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 9 nəfərin yaralandığını bildirib.
Oxunub: 20
Xəbəri paylaş
Paylaş: