Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Prezident: "Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirən əsas faktordur"
  • Azərbaycanda DƏHŞƏT: Ana pəncərədən yıxılan övladının arxasınca özünü atdı
  • Doğum evinə silahlı hücum: 18 ölü - Ana körpəsini qorudu... qətlə yetirildi
  • 21 fevral - Beynəlxalq Ana Dili Günüdür
  • Binadan yıxılaraq ölən ana və övladının FOTOSU
  • TOLSTOYEVSKİLƏR AQONİYADADIR

    • Tarix: 16-07-2025, 21:14

    İbrahim Nebioğlu

    “İnkişafda olan uşaq beynində assosiativ zonaların tam vəchlə fəaliyyəti üçün ana dilinin istifadəsi ən ümdə faktordur. Ana dili körpə qulaqları üçün yalnız səs deyil... Ana dili həm də ana sifətində əks olunan emosiya və sevgidir. Körpə qulaqları və gözləri ilə duyulan ana dili, uşağın formalaşmaqda olan beyninə sinergik təsir edərək, intellekt kimi mürəkkəb bir neyrobioloji prosesə kovalent impuls verir. Dil yalnız ünsiyyət vasitəsi deyil, dil həm də düşüncə alətidir. Sadalanan hər iki psixoneyronal akt həmahəng intensiyalardır və təcillərini ana qucağından alırlar”...
    Bu cümlələr tanınmış alim, patoloq, tibb elmləri doktoru, Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Patoloji anatomiya kafedrasının professoru, dostum Yusif Osmanova  aiddir. Qeydlərimi professorun sözləri ilə ona görə başladım ki, görüm özünü “elita” sayan neçə nəfər bu cümlələri anlayacaq… 
    Beləliklə, bir müddətdir ortaya çox da inandırıcı olmayan proqnozlar atırlar. Guya ailələr artıq təhlükəni görür və balalarını yavaş-yavaş Azərbaycan bölmələrinə keçirməyə başlayırlar. İnanmırdım bu təxminlərə, çünki bu, proqnozdan çox vətənpərvər insanların görmək istədikləri tablo idi. Yəni belə bir tendensiya olsa da bu hələ ki, kütləvi hal almayəb. Hələ ki...
    Aşağıdakı statistik bilgilər real vəziyyətin dəhşətli mənzərəsini qoyur ortaya...
    Dostum, Hədəf Şirkətlər qrupunun Qurucu direktor Şəmil Sadıqov keçənlərdə məni bir statusuna etiketlədi. Baxanda içim yandı. "Stokholm sindromuna düçar olmuşlar", Tolstoyevskilər", "Manqurtlar", "5-ci kolonun maşaları" adlandırdığım qaragüruhun vurdumduymazlığı, biganəliyi insanı necə çilədən çıxarmasın… Bakı-Qroznı təyyarəsinin vurulması və onlarla insanın ölümü, Yekatirenburq faciəsi və diaspora rəhbərlərinə tutulan divan…Bunlar Gülüstan və Türkmənçay müqaviləsinin, 28 aprel 1920 Bolşevik işğalının, 1936-1938-ci illər repressiyaları və xalqımızın milli-mənəvi sərvətlərinə, mədəniyyətinə vurulan ağır zərbələrin, 20 yanvar faciəsinin, 1-ci və 2-ci Qarabağ müharibələrinin məntiqi davamı deyilmi?
    Rus İmperiyası daha nə etməlidir ki, biz bunu nəhayət ki, anlayaq? Daha nə zamana qədər “əttökən” bəhanələrlə – “Biz Rusiyanı sevmirik, sadəcə uşaqlarımız rusca oxuyub irəli getsinlər” kimi əsassız cümlələrlə vaxtımızı alacaq, millət olma yolunda yolumuzu kəsəcəksiniz? Bu mövqesizliyiniz, “təcavüz edənə aşıq olmağınız” bizim gələcək daha böyük bədbəxliklərimizin xəbərçisidir.
    Lakin, rus dilinin ekspansiyası sona çatmaq üzrədir. Baxmayaraq ki, bu yazıdakı rəqəmlər belə Tolstoyevskilərin hələ də qəflət içində yatdıqlarının, “gönüqalınlığının” bariz göstəricisidir. Bilərək və ya bilməyərək özlərini və övladlarını 5-ci kolonun potensial nümayəndələrinə çevirən bu durumu bizim “təhsil başbilənləri” indi necə izah edəcəklər, görəsən. 
    Şəmil Bəy paylaşımında bərabər çalışdığı Shakir Huseyn müəllimin hesablamalarına yer verib. Gözəl də bir ad tapıblar buna: “Güzəşt Tablosu”. Baxın, ancaq ürəyiniz sızlayacaq. Görün biz Dövlət dilində təhsil alan balalarımıza qarşı necə ədalətsizik…
    2023–2024-cü tədris ili nəticəsində bəzi ixtisasların Azərbaycan və Rus bölmələri üçün formalaşmış keçid balları qeyd olunmuşdur:
    Bakı Dövlət Universiteti (BDU):
    Riyaziyyat müəllimliyi:
    Azərbaycan bölməsi: 544
    Rus bölməsi: 282
    İqtisadiyyat:
    Azərbaycan bölməsi: 393
    Rus bölməsi: 200
    Hüquq:
    Azərbaycan bölməsi: 612
    Rus bölməsi: 603
    Azərbaycan Dövlət İqtisad Universiteti (ADIU/UNEC):
    Maliyyə:
    Azərbaycan bölməsi: 527
    Rus bölməsi: 364
    Azərbaycan Dövlət İdarəçilik Akademiyası (ADİA):
    Hüquq:
    Azərbaycan bölməsi: 659
    Rus bölməsi: 601
    Azərbaycan Tibb Universiteti (ATU):
    Tibb:
    Azərbaycan bölməsi: 605
    Rus bölməsi: 534
    Təhsil nazirinə daha konkret bir sual ünvanlamaq istəyirəm:
    Nə üçün rus bölməsinin məzunları Azərbaycan bölmələrinin məzunlarından iki dəfə (!) az bal toplayaraq universitetlərə qəbul olmalıdırlar?
    400, 500, 600 balları toplamaq asan şey deyil axı. Ana dilini seçən o balların arxasında böyük zəhmətlər, yuxusuz gecələr, ata-anaların titanik əziyyətləri, fədakarlıqları var axı!
    Nə üçün rus bölməsinin uşaqları 200, 300 balla tələbə olsunlar? 
    Siz bu 200 ballı alayarımçıq, Ana dilində bir kəlmə elmi, ədəbi cümlə qura bilməyən nəsli kimin üçün və nə üçün hazırlayırsız?
    Niyə anlamırsız ki, bu uşaqlar İmperiyanın təəssübkeşləri olacaq, bizim milli mənafeyimizə xidmət etməyəcəklər.
    Yüzüncü, mininci, milyonuncu dəfədir yazıram: 
    –Biz rus, ərəb, ingilis, fransız kimi xarici dillərə qarşı deyilik;
    –Biz Azərbaycan vətəndaşlarının Ana dilində təhsil almasını istəyirik;
    –7 sinif Ana dilində təhsildən sonra imtahan verib xarici dildə oxuya bilərlər;
    –İngilis, fransız məktəbləri kimi rusca təhsil də pullu olmalıdır…
    Hər gün göbələk kimi qarşıma çıxan “Uşağımızın xarici dil bilməsinin nəyi pisdir” sualının əlində FB-da şərhləri oxumaq olmur. Güc tapıb yenə cavab verəcəm bu suala:
    Xarici dil bilməsi təbii ki, pis bir şey deyil, hətta təqdir ediləsidir. Ancaq o uşaq öncə Ana dilində oxumalı, Ana dilində yazmağa başlamalı, Ana dilində “İki üstəgəl üç bərabərdir beş” deməlidir, deməlidir ki, beyni gələcəkdəki yeni biliklər üçün bu dilə ehtiyac hiss etsin, bu dilə bağlansın, dilə bağlanıb Vətəninə bağlansın. “Два плюс три равно пяти” sonranın işidir, bu rus dili deyil ki, texniki rus dilidir. 
    Övladınız ibtidai sinifdən Ana dilinə alışsa onun heç də ikinci dərəcəli, geridə qalmış bir dil olmadığını anlayacaq, inkişaf edən texnoloji dünyamıza girən yeni sözləri, yeni terminləri Ana dillərinə uyğunlaşdıracaq və bununla da onu inkişaf etdirəcək…
    İncələdiyiniz rəqəmlər artıq bu duruma “yox” demənin zamanının gəldiyini deyir.
    Çünki bizim Tolstoyevskilər məntiqli düşünmür, ortaya rasional fikir qoya bilmirlər. Əzbərlədikləri bir şey var, hər fürsətdə rus sektorunu bitirən uşaqların daha intellektli olduğunu dilə gətirirlər. Məsələ ilə bağlı Şakir müəllim belə yazır:
    “…tez-tez deyilən bir söz var ki, rus bölməsini bitirənlər daha intelektual olur. Keçid balları bunun təkzib edir. Ümumiyyətlə intelektin bölməyə aidiyatı olmadığını göstərir. Hər iki bölməni bitirənlər bizim ölkənin gəncləridir, bu günüdür, gələcəyidir. Təəssüf ki, çoxluq daha yaxşı imkanlar əldə etsin deyə övladın rus siyasi ideologiyasının bir nömrəli aləti olan Rus dilli məktəblərə qoyur. Onlarıda qınaq olmur. Bu məsələ yuxarılardan həll edilməsə, aşağılardan çətin ki, həll edilsin”...
    Dəfələrlə sosial şəbəkələrdən ünvanladığım sualı yenə təkrarlamağa əşhədü ehtiyac hiss edirəm:
    “Russkiy sektor”dan Beynəlxalq Olimpiadalarda fizika, riyaziyyat, kimya, informatika üzrə medal qazanmış neçə nəfərin adını çəkə bilərsiz?
    Görürsüzmü, Ana dilində təhsil alan neçə-neçə gözəl-göyçək balamız müxtəlif Olimpiadalarda necə böyük uğurlar qazanır, Harvard, MIT, Stanford kimi dünyanın ən nüfuzlu universitetlərinə qəbul olurlar.
    Bəs hanı sizin anlı-şanlı rus dilində oxuyanlarınız?..
    Dostlarımdan götürdüyüm başqa bir statistikanı paylaşmaq istəyirəm:
    DİM-in açıqlamasına əsasən Ali məktəblərə sənəd verən abituriyentlərin sayı:
    2021-ci il:
    Azərbaycan bölməsi: 64 920 nəfər
    Rus bölməsi: 6 258 nəfər
    2025-ci il:
    Azərbaycan bölməsi: 82 543 nəfər
    Rus bölməsi: 9 355 nəfər
    Artım faizi:
    Azərbaycan bölməsi: +27%
    Rus bölməsi: +49%
    Ümumi təhsildə (1-11-ci siniflər) rus bölməsində oxuyan şagirdlərin sayı:
    2020/2021-ci il: 150 100 nəfər (ümumi şagirdlərin 9.1%-i)
    2024/2025-ci il: 157 900 nəfər (təxminən 9.4%)
    Bu ilin sentyabrını gösləyək.
    Görəcəksiniz, artıq buz yarıldı.
    Bu əsassız tendensiya qırıldı, trend enişə keçdi.
    Onlar arıq aqoniyadadır, son nəfəslərini verirlər…
    Yeni nəsil elm və irfanı ilə Ana dilimizi göylərə çıxaracaq,
    ölkənin milli köklərə dayanan yeni iqtisadi-mədəni elitasını yaradacaq…
    Və bir gün bütün iş elanlarında böyük hərflə bu cümlə yazılacaq:
    “Ana dilini bilməyənlər müraciət etməsinlər!”.
    O zaman mənim “Balalarını rusca oxudanlar peşman olacaqlar” statusumu xatırlayacaqsınız!

    Oxunub: 68
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.