Pekində koronavirus xəstəsi qalmayıb

TASS-ın məlumatına görə, bu barədə Pekinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi açıqlama verib.
Məlumata görə, pandemiya başlayandan bəri ilk dəfədir ki, şəhərin tibb müəssisələrində koronavirus xəstəsi qalmayıb.
Statistikaya görə, Çinin materik hissəsində yoluxanların 94,13 faizi müalicə olunub.
Qeyd edək ki, Çində yoluxmuş insanların ümumi sayı 84,9 min nəfəri keçib. Son yeddi gündə 108 hadisə aşkar edilib (bir həftə ərzində xəstəxanalardakı xəstələrin sayının azalma dinamikası gündə təxminən 6,7 faiz olub).
Aprelin 15-dən bəri ölkədə COVID-19-dan ölüm hadisəsi baş verməyib.
Globall.az
Oxunub: 461
Xəbəri paylaş
Paylaş: