“ONU MƏN HƏBS ETDİRMİŞƏM”- Mironov azərbaycanlı milyarderləri də yoxlamağı tələb edir
Rusiya Dumasında da azərbaycanlılara qarşı repressiyaları qızışdırmağa yönələn bəyanatlar çoxalır.
Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov sosial şəbəkədə yazıb ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu məhz onun rəsmi müraciəti əsasında saxlanılıb.
Mironov həmçinin bildirib ki, müraciətinin əsas mövzusu – bütün Azərbaycan diasporunun yoxlanılmasıdır. Bu sıraya Moskvanın ən böyük “Sadovod” və “Food City” bazarlarının (azərbaycan əsilli rusiyalı milyarder Qod Nisanova məxsusdur) yoxlanılması da daxildir. Mironov deyib ki, hazırda aparılamalı olan yoxlamaların nəticələrini gözləyir.
Xatırladaq ki, dünən Yekaterinburq məhkəməsi şəhərdəki Azərbaycan diasporunun rəhbərinin oğlu və vəkil Mütvalı Şıxlinskini sentyabrın 14-dək həbs edib. O, Mercedes-Benz G-Class (Gelendvagen) markalı avtomobillə xüsusi təyinatlı əsgəri vurmaqda ittiham olunur. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə saxlanılıb.
Ötən gün Moskvada Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.
Press-fakt.az