Diaspor rəhbərinin müavini: “Şahin Şıxlinski axtarışa verilməyib”
Rusiya mediasının yaydığı məlumata görə, Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.
Press-fakt bildirir ki, oxu.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Şahin Şıxlinskinin müavini Cəsarət Orucovla əlaqə saxlayıb.
C.Orucov qeyd edib ki, yayılan məlumat yanlışdır:
“Bir nəfər agent qəsdən bu məlumatı yayıb. Axtarışa verilməyib, Şahin Şıxlinski yerindədir”.
Oxunub: 18
Xəbəri paylaş
Paylaş: