Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • 
  • Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? -
    Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
  • 
  • Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz -
    Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
  • 
  • Şərurlu İsfəndiyardan RƏZİL ADDIM:
    Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
  • 
  • İlham Əliyev İspaniya Kralını təbrik etdi
    İlham Əliyev İspaniya Kralını təbrik etdi
  • 
  • Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?-
    Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
  • 
  • Bəhram Rəcəbzadədən gözlənilməz qərar -
    Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
  • 
  • Kürdlər və Dəməşq neft sazişi bağladı
    Kürdlər və Dəməşq neft sazişi bağladı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Misir Mərdanova yeni vəzifə verildi
  • Vəkillər Kollegiyasının Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların pozulmuş hüquqları haqqında beynəlxalq hesabatın hazırlanması təklifi dəstəklənib
  • Qərbi Azərbaycan İcmasının iki rayon üzrə nümayəndəliyi yaradılıb
  • Qərbi Azərbaycan İcması Prezidenti təbrik etdi
  • Ailəsi olmayan ailədən, tərbiyəsi olmayan... - Sabiq nazir televiziyaları TƏNQİD ETDİ
  • “KOÇARYAN MƏNİ QƏBUL ETDİ, XEYLİ SÖHBƏT ETDİK...”- “Paşinyanın əmisi bizim rayonda tanınmış cərrah idi...”

    • Tarix: 18-07-2025, 19:00


    Misir Mərdanov: “Qarabağa qayıtdıq, Qərbi Azərbaycana da qayıdacağıq” 

    Press-fakt xəbər verir ki, sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Azpolitika-ya müsahibəsində Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, Ermənistandan deportasiya olunmuş soydaşlarımızın qayıdış hüququnun bərpasından, bu kontekstdə siyasi müstəvidə baş verən bəzi məqamlardan danışıb.

    Müsahibəni təqdim edirik:

    - Misir müəllim, Qərbi Azərbaycan İcması İctimai Birliyinin fəaliyyəti getdikcə genişlənir. Mətbuatda ölkədə və xaricdə çoxsaylı tədbirlərin keçirilməsi barədə məlumatlar yer alır. Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri kimi İcmanın əsas fəaliyyət istiqamətləri haqqında nə deyə bilərsiniz?

    – Fəaliyyətimiz son iki il yarım ərzində ondan ibarət olub ki, həftədə bir və ya iki dəfə ümumi iclaslarımız keçirilib. Bu iclaslarda baş vermiş hadisələr və qarşıda duran məsələlər müzakirə olunub. Eyni zamanda, hər bölmənin iş planına baxılmış, nəzərdə tutulan məsələlərin həlli ilə bağlı konkret addımlar atılmışdır.

    – İcma yaranandan bu günə qədər hansı işlər görülüb?

    – Ümumilikdə, gözlədiyimizdən də çox işlər görülüb. Bunun əsas səbəbi odur ki, bu məsələ - icmanın fəaliyyəti cənab Prezidentin birbaşa diqqətindədir. Onun 2022-ci ilin dekabrında İctimai Birliyin yeni binasının açılış mərasimində iştirakı, orada geniş və dərin məzmunlu çıxışı, strateji məqsədlərin müəyyənləşməsi ilə bağlı xüsusi tapşırıqlar verməsi, “Qayıdış Konsepsiyası”nın hazırlanaraq təsdiqlənməsi olduqca əhəmiyyətli hadisələr oldu. Ötən müddətdə Bakıda, həmçinin ölkənin digər regionlarında xarici ölkələrdən yüzlərlə tanınmış alimin də iştirak etdiyi beynəlxalq elmi konfranslar keçirilib. Bir dəfə də Ankarada böyük konfrans təşkil olunub. Çoxsaylı kitab və məqalələr nəşr olunub. Şəxsən mən özüm bizim yaşadığımız ərazilərlə bağlı böyük bir kitab yazmışam. Kitabın adı belədir: “Qərbi Azərbaycan həqiqətləri: Qaraqoyunlu dərəsinin Göyərçin və Salah kəndləri”. Bu, bölgə ilə bağlı geniş məlumat verən bir əsərdir. “Qərbi Azərbaycan İrsi – Tarixi Sənədlər Toplusu”nun birinci cildi çap edilib. Bu kitabda çox zəngin və real məlumatlar toplanıb. Əsasən Qərbi Azərbaycandakı qəbiristanlıqlara həsr olunan və mühüm tarixi həqiqətləri özündə əks etdirən kitab Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri professor Ədalət Vəliyevin elmi məsləhətçiliyi ilə hazırlanıb.

    Deyim ki, insanlarımızın Qərbi Azərbaycan məsələsinə marağı və diqqəti böyükdür. Bu gün Qərbi Azərbaycan əsilli insanların, xüsusilə də onların övladlarının bu məsələyə böyük marağı var. Onlar gəlirlər və soruşurlar: “Biz nə edə bilərik, necə kömək ola bilərik?” İcmanın binasına getsəniz, orada çoxlu sayda xəritələr, arxiv sənədləri, Qərbi Azərbaycan regionları, oranın tanınmış şəxsiyyətləri ilə bağlı son illərdə çap edilmiş kitablar görərsiniz. Bunlar iki il yarım ərzində görülən böyük işlərin yalnız bir qismidir. Qarabağ problemi həll edildikdən sonra bu məsələ dövlət başçısının siyasətində prioritet istiqamətlərdən biri olmuşdur. Cənab Prezidentin dəstəyi ilə icmanın yenidən formalaşması və məsələnin dövlət səviyyəsinə qaldırılması bu vacib sahəni beynəlxalq səviyyədə diqqət mərkəzinə gətirib. Prezidentin də dediyi kimi, bizim heç kimin torpağında gözümüz yoxdur. Amma bu insanların da haqqı var ki, gedib dədə-baba yurdlarında yaşasınlar. O torpaqların çoxu boşdur, insanlar ora qayıtmalıdırlar. Ermənistanın borcudur ki, bu məsələdə bizə şərait yaratsın.

    Bizim İctimai Birlikdə nəzərdə tutulan əsas işlərdən biri də ondan ibarətdir ki, hazırda Azərbaycanda nə qədər Qərbi Azərbaycan əsilli insanın yaşadığını dəqiqləşdirək. Sürətlə getsə də, hələlik bu hesablamalar tam başa çatmayıb. Azərbaycanda yaşayanlarla yanaşı, xarici ölkələrdəki Qərbi azərbaycanlıların da sayı, ad-soyadı, harada doğulduqları kimi məlumatları toplayırıq.

    Qeyd edim ki, İcmanın işi beynəlxalq səviyyədə o qədər rezonans doğurub ki, hər yığıncaqdan sonra Ermənistan tərəfindən reaksiya gəlir. Onlar qıcıqlanır, qorxuya düşürlər. Çünki biz faktlarla, rəqəmlərlə çıxış edirik. Biz haqlıyıq, yüz illərlə yaşadığımız torpaqlardan zorla deportasiya edilmişik, ermənilər haqsız durumda olduqlarını yaxşı bilirlər, ona görə daha çox təşvişə düşürlər.

    - İcmanın əsas fəaliyyət istiqamətlərindən biri də Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıları bir araya gətirmək, gənc nəsli öz yurdları barədə məlumatlandırmaqdır. Maraqlıdır, aldığınız reaksiyalar necədir, insanların geri dönməyə marağı varmı?

    – Elələri var ki, 90 yaşı olsa da, deyir: “Arzum budur ki, kəndimə qayıdım”. Gənc nəslin əksəriyyəti də belə düşünür. Ötən müddət ərzində Qərbi Azərbaycan İcmasının verəcəyi şəxsiyyət vəsiqəsinin forması, eləcə də icmanın loqosu hazırlanıb. Həmin vəsiqələr insanlara təqdim olunur. Bu istiqamətdə işlər görülür. Rayon mərkəzlərində və kəndlərdə Qərbi Azərbaycan İcmasının nümayəndələri fəaliyyət göstərir. Müntəzəm olaraq görüşlər keçirilir. Elə gün olur ki, 10-a yaxın tədbir baş tutur. Məsələn, qəbul imtahanlarının nəticələrindən sonra Qərbi Azərbaycandan olan yüksək bal toplamış gənclərlə görüşürük. Bu uşaqlar oraları görməyib, hətta, bəzilərinin babaları deportasiya edilib, heç ataları da Qərbi Azərbaycanı görməyib, amma böyük maraq göstərirlər, sevindirici haldır ki, təsəvvürləri var, təəssübkeşlikləri var. Bir neçə dəfə Sumqayıtda belə tədbirdə iştirak etmişəm. Dünən Neftçalada olmuşam. Naxçıvanda iki dəfə tədbir keçirilib. Bu çoxşaxəli və geniş fəaliyyətin nəticələrinin uğurlu olacağına inanırıq.

    – Perspektivə necə baxırsınız? Axı bu gün kəndlərdən şəhərə axın, urbanizasiya güclüdür, gənclər kəndlərdə yaşamaq istəmirlər...

    – Əlbəttə, deyə bilmərik ki, biz tezliklə o yerlərə qayıdacağıq. Amma Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, Qarabağa, Göyçəyə, Zəngəzura qayıdacağıq, bəziləri inanmırdı. İllər keçirdi, bu arzu gerçəkləşmədikcə insanlarda müəyyən inamsızlıq yaranırdı. Lakin bu gün Qarabağ azad olunubsa, üç ilə yaxındır ki, Böyük qayıdış davam edirsə, insanlar inamla deyir ki, “niyə də dədə-baba yurdumuza, Qərbi Azərbaycana qayıtmayaq?”. Artıq bu, real perspektivdir.

    - Qayıdışa rəvac verəcək siyasi proseslərə də nəzər salaq. Yəqin ki, Azərbaycan-Ermənistan sülh danışıqlarını izləyirsiniz. Bu gedişatdan nə gözləyirsiniz?

    – Hadisələrin axarı bizim ürəyimizcədir. Cənab Prezident bu işi elə ustalıqla aparır ki, kənardan baxanda heyran olmaya bilmirsən. Bu gün Azərbaycan əsas siyasi mərkəzlərdən birinə çevrilib. Məsələn, Suriya rəhbərinin ölkəmizə gəlməsi və burada görüşlər keçirməsi, Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı, ölkə başçısının Paşinyanla bu yaxınlarda baş tutan təkbətək görüşü, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının VII zirvə görüşü və digər beynəlxalq hadisələr bizə böyük ümidlər verir. Cənab Prezidentin “Bizim vasitəçiyə ehtiyacımız yoxdur” deməsi özünəinamın və prinsipial mövqeyin nümunəsidir.

    Bir hadisəni də xatırlayıram: mən nazir işlədiyim dövrdə Avropa Şurasının baş katibi Valter Şvimmer Azərbaycana gəlmişdi. Onun BDU kollektivi ilə görüşündə bizim alimlər çox emosional şəkildə ona sual verirdilər ki, “Niyə haqsızlığa göz yumursunuz? Niyə Ermənistana qarşı sanksiyalar tətbiq etmirsiniz?”. Valter Şvimmer dedi: “Görürəm, çox əsəbləşirsiniz və haqlısınız. Amma tarixə baxın - İkinci Dünya müharibəsi zamanı Strasburq şəhəri Almaniya ilə Fransa arasında ən gərgin nöqtə idi. Bu gün isə Avropa Şurasının binası məhz orada yerləşir, Almaniya və Fransa razılaşıb ki, Strasburq bizim siyasi məsləhətləşmə mərkəzimiz olsun”. Şvimmer dedi ki, vaxt gələcək, sərhədlər açılacaq və insanlar harada istəsələr, orada da yaşayacaqlar. Demək istəyirəm ki, hadisələr onu göstərir ki, sülh müqaviləsi imzalanacaq, yollar və sərhədlər açılacaq. Şübhəsiz ki, ermənilər arasında da sülhü, qarşılıqlı anlaşmanı istəyənlər var, lazım olan vaxtda onlar ortaya çıxacaq.

    – Amma Rusiya buna imkan vermək istəmir...

    – Bəli, bu da danılmaz faktdır. Rusiya bölgədə geosiyasi təsirini saxlamağa çalışır. Tək Rusiya yox, İran da imkan vermir. Hərəsi istəyir ki, bu bölgədən öz maraqlarına uyğun nəsə qazansın. Çünki iki yüz ildən artıqdır ki, həmin dövlətlər bu bölgəni xalqları bir-birinə toqquşdurmaqla idarə ediblər, bundan özlərinə qənimət götürərək yaşayıblar. İndi də bu sistemin dağılmasını istəmirlər. Ancaq vəziyyət dəyişib. İndi Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Mən son 50 il ərzində çox şeylər görmüşəm, bir çox hadisələrin canlı şahidiyəm. Məsələn, “Əsrin müqaviləsi”ndə çox ciddi məqamlar var idi və o zaman Ulu Öndər Heydər Əliyev açıq şəkildə dedi ki, bu xətt Rusiyadan keçməyəcək. Bununla da, Azərbaycan müstəqilliyinin bir növ təməli atıldı. Neft kontkraktlarının imzalanması məsələsi çox ciddi hadisə idi və həyati əhəmiyyətə malik idi, bunu 90-cı illərin əvvəllərində hamı yaxşı bilirdi, hakimiyyətdə olan hər kəs də bu müqavilələri imzalamağa çalışırdı. Ancaq əhəmiyyəti qədər də mürəkkəbliyi olan bu hadisə ilə bağlı ölkədə 3-4 dəfə hakimiyyət dəyişikliyi oldu. Mən xatırlayıram, Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan “Əsrin müqaviləsi” ərəfəsində Rusiya birdən-birə bunun əleyhinə çıxdı və sərt bəyanatlar verdi. Doğrusu, heç kəs inanmırdı ki, müqavilə imzalana bilər. Yaddan çıxarmamalıyıq ki, “Əsrin müqaviləsi” məhz Heydər Əliyevin şəxsi nüfuzu, böyük diplomatik ustalığı, siyasi səriştəsi hesabına baş tutdu. Yaxşı yadımdadır ki, o müqavilə imzalananda biz sevincdən kövrəlmişdik.

    – Zəngəzur dəhlizinin açılmasına ümidiniz varmı?

    – Əlbəttə! Açılacaq!

    – Necə olacaq bu proses?

    – Söhbət orada 43 kilometrlik bir ərazidən gedir. İndi deyirlər ki, ABŞ bu dəhlizi 100 illik icarəyə götürmək istəyir. Amma tərəflər hələlik buna razı deyillər. Məncə, növbəti görüşlərdə Prezident İlham Əliyev bu məsələni Paşinyanla həll edəcək. Bilirsiniz, indi müxtəlif fərziyyələr səsləndirilir, insanları çaş-baş salırlar. Kim nə deyir desin, mənə elə gəlir ki, ən düzünü ölkə başçısı bilir. Özü demişkən, “nəyi, nə vaxt və necə etməli olduğunu” yaxşı bilir. Elə bir anda görəcəyik ki, sənəd imzalanıb.

    - Eşitmişik ki, 2000-ci ildə Siz Ermənistanda olmusunuz. Bu doğrudurmu?

    - 2000-ci ildə Azərbaycanın təhsil naziri kimi Avropa Şurasının Ermənistanda keçirdiyi tədbirə qatılmışdım. Tədbirdən sonra İrəvanda onların təhsil naziri, parlament sədri və prezidenti ilə görüşdük. O zaman prezident Koçaryan idi. Dəyirmi stol arxasında söhbət edərkən məndən nə arzuladığımı soruşdular. Mən də bildirdim ki, anadan olduğum kəndi görmək istəyirəm. Mənim üçün sürücü, eyni zamanda mühafizəçi ayırdılar və öz kəndimizə getdim, evimizdə oldum. 1954-cü ildə tikilib başa çatmış evimiz 46 il müddətində öz dayanıqlığını saxlamışdı...

    – Evinizdə kim yaşayırdı?

    – Yaşlı bir qadın və bir kişi yaşayırdı. Həyətimizə baxdım, çox dəyişmişdi. Bəzi meyvə ağacları qurumuşdu. Həyətdən bir qədər torpaq və bulaqdan su götürdüm. Qəbiristanlığa da baş çəkdim, uçmuş qəbir görmədim.

    – Sonra bunu Heydər Əliyevə məruzə etdinizmi?

    – Bəli, məruzə etdim. Mən tarixdən məlumatlı biri kimi deyirəm: istənilən müharibənin sonu sülhlə bitir. Bu müharibə də bitdi və sülh olacaq.

    – Siz erməni cəmiyyətini yaxşı tanıyırsınız. Sizcə, onlar yenidən keçmişə qayıda bilərmi? Təhlükə varmı ki, revanşist ideyalar baş qaldırsın?

    – Bəli, hələ də revanşist düşüncəli qüvvələr, partiyalar var. Məsələn, Daşnaksütyun partiyası çox avantürist bəyanatlar verir. Amma Nikol Paşinyan da var. Onun əsli bizim İcevan rayonundandır. Yaxşı xatırlayıram, 70-80-ci illərdə onun əmisinin rayonun tanınmış cərrahı kimi kəndimizin üzdə olan insanları ilə yaxın münasibətləri var idi. Paşinyanla üz-üzə gəlsəm, bu məsələləri mütləq ona xatırladaram. Hesab edirəm ki, Paşinyan baş verənlərdən düzgün nəticələr çıxarmağa çalışır. Nəhayət, anlayır ki, danışıqlardan başqa yol yoxdur. Fransa və Rusiya onu yenidən qızışdırmağa çalışsa da, hiss olunur ki, Paşinyan bu prosesdən qurtulmaq istəyir.

    – Paşinyan elə dünən dedi ki, “kaş çoxdan deyərdim ki, Qarabağ Azərbaycanın bir hissəsidir”...

    – Bəli, bu onun tərəddüdlərini arxada qoyduğunu göstərir. Bu etirafın özü artıq dönüş nöqtəsidir. İndi reallıqları qəbul etməyin vaxtıdır. Bəlkə də diplomatiyadır, yaxud xislətinə yaxşı bələd olduğumuz ermənilərin növbəti fitnəkarlığıdır, ancaq istəyirəm ki, səmimiyyətə inanam və regionumuzda sülh, əmin-amanlıq olsun! Mənim bu məsələyə böyük ümidim var. Bu ümidin də əsasında cənab Prezidentin apardığı prinsipial və milli maraqlara əsaslanan siyasət dayanır.

    – Ermənilər iddia edirlər ki, Qərbi Azərbaycan İcmasını yaratmaq, dövlət səviyyəsində dəstəkləmək Ermənistana qarşı ərazi iddiasıdır. Azərbaycanda da bəzi ekspertlər təklif edirlər ki, İcmanın “Ermənistandan deportasiya olunmuş azərbaycanlıların ictimai birliyi” kimi adlanması beynəlxalq arenada əl-qolumuzu açar. Bu təklifə münasibətiniz necədir?

    – Bu məsələdə mövqeyim qətidir: ad artıq qoyulub və bu ad dəyişdirilməməlidir. Bu insanlar sadəcə olaraq gedib doğulduqları, yaşadıqları yerdə yaşamaq haqqını istəyirlər. Burada ərazi iddiası yoxdur, hüquqi və mənəvi haqqın bərpası var. Əlbəttə, Daşnaksütyun kimi ekstremist qüvvələr bu prosesə mane olmağa çalışır. Onlar bu cür təşəbbüslərə aqressiv şəkildə reaksiya verirlər. Amma bu bizim yolumuzu dəyişdirməməlidir. İndi mən inanıram ki, necə ki, biz Qarabağa qayıtdıq, eləcə də Qərbi Azərbaycana qayıdacağıq. Hətta təkcə qayıtmaqla kifayətlənmədik – Qarabağı yenidən qurduq. Böyük işlər görülür. Biz yalnız torpaqları azad etmədik. Eyni zamanda, min illərdir bölgədə sülh və sabitliyə mane olan, türk xalqları arasında parçalanma yaratmağa çalışan erməni ideologiyasını da ifşa etdik.


    Oxunub: 54
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      16:45 | Tanınmış jurnalist dövlət qurumları ilə 500 000 MANATLIQ müqavilə bağlayıb
      16:40 | DAXİLİ QOŞUNLARA YENİ SƏLAHİYYƏTLƏR VERİLİR -  Bu şəxsləri saxlaya biləcək
      16:35 | “Vaqner”-də yox, Türkiyədə istirahətdə imiş...- Peskovun oğlu qalmaqala düşüb
      16:30 | "Nobel Komitəsi siyasəti sülhdən üstün tutur"- Ağ Evdən Trampa sülh mükafatı verilməməsinə reaksiya
      14:20 | Ötən ay Azərbaycanda ƏN ÇOX BAHALAŞAN ərzaq məhsulları -  SİYAHI
      14:15 | Azərbaycan millisi fransızlara qarşı -  "10-0"-lıq acı məğlubiyyətin əvəzini çıxmaq...
      14:00 | GENERALIN QARDAŞI OĞLU DUBAYDAKI MƏNZILLƏRINI SATIŞA ÇIXARDI -  Zeynalovlar bahalı şəhərləri “fəth edir” /FOTOLAR
      13:55 | ABŞ-dan diqqət çəkən addım: İsrailə yüzlərlə əsgər göndərir
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.